508) Sulfanilamid preparatlarının antimikrob təsiri necə izah olunur?
A) Para-aminobenzoy turşusunun antaqonisti olmaları ilə
B) Zülalların biosintezini gücləndirmələri ilə
C) Zülalları hidrolizə uğratmaları ilə
D) Zülal molekulları arasında olan sulfhidril rabitəsini qırmaları ilə
E) Zülalları dehidratasiya etmələri ilə
Sulfanilamid preparatlarının antimikrob təsir mexanizmi onların PABT antaqonisti olmasına əsaslanır.PABT-ın iştirakı ilə mikrob hüceyrəsində mikrobun inkişafını və çoxalmasını təmin edən nuklein turşuları və zülallar sintez edilir.Sulfanilamid preparatları quruluşca PABT-na oxşar olduqlarından onun əvəzinə reaksiyaya girərək nuklein turşuları və zülal sintezinin aralıq məhsulu olan dihidrofol turşusunun alınmasına mane olurlar.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 489
Dostları ilə paylaş: |