505) Göz təcrübəsində işlənən sulfanilamid preparatı hansıdır?
A) Sulfasetamid-natrium ( Sulfasil natrium)
B) Kotrimoksazol(Biseptol)
C) Sulfadimidin(Sulfadimezin)
D) Sulfanilamid(StreptosiD)
E) Sulfetidol(Etazol)
Göz təcrübəsində 10,20 və 30%-li məhlul və məlhəm şəklində konyuktivitlərdə,blefaritlərdə, buynuz qişanın irinli yaralarında və digər infeksion xəstəliklərdə istifadə edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 492
506) Sulfanilamid preparatları hansı turşunun törəmələridir?
A) Karbol Nalidiks turşusu
B) Askorbin turşusu
C) Salisil turşusu
D) Piroüzüm turşusu
E) Sulfanil turşusu
Bu qrupa sulfanil turşusunun törəmələri olan sintetik antimikrob maddələr daxildir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 488
507) Sulfanilamid preparatları hansı vitaminin avitaminozunu törədir?
A) B qrupu vitaminləri
B) Vitamin A
C) Vitamin D
D) Vitamin C
E) Vitamin K
Sulfanilamid preparatları bağırsaq mikroflorasına təsir göstərərək B qrupu vitaminlərinin avitaminozunu törədir.Ona görədə profilaktik məqsədlə sulfanilamid preparatları ilə yanaşı B qrupu vitaminləridə təyin etmək lazımdır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 490
Dostları ilə paylaş: |