522) Hansı preparat göbələk əleyhinə istifadə edilmir?
A) Levorin
B) Klotrimazol
C) Tetrasiklin-hidroxlorid
D) Qrizeofulvin
E) Nistatin
Tetrasiklin-hidroxlorid pnevmoniyanın,bronxitin,irinli plevritin,yarımkəskin septik endokarditin,anginanın,sidik yollarının,infeksiylarında və s. Istifadə olunur.Antibiotikdir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 518
523) İzoniazidlə müalicə zamanı hansı vitamindən istifadə olunur?
A) Vitamin C
B) Vitamin P
C) Vitamin Bc
D) Vitamin PP
E) B qrup
İzoniazidlə müalicə zamanı baş verə biləcək əlavə təsirlərin qarşısını almaq və ya zəiflətmək məqsədilə müalicə müddətində paralel olaraq B1 və B6 vitaminlərindən istifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 506
Dostları ilə paylaş: |