547) Hansı zəhərlənmələrdə hemodializ yaxşı nəticə verir ?
A) Ağır metal duzları ilə zəhərlənmələrdə
B) Barbituratlarla zəhərlənmələrdə
C) Efir ilə zəhərlənmələrdə
D) Radioaktiv maddələrlə zəhərlənmələrdə
E) Dəm qazı ilə zəhərlənmələrdə
Ağır metal və arsen birləşmələrilə,barbituratlarla,metil spirtilə,bəzi alkaloidlərlə(paxikarpin,xinin)zəhərlənmələrdə hemodializ daha səmərəli nəticə verir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh
Bölmə 3. Farmakoqnoziya.
548) Farmakoqnoziya elmi nəyi öyrənir?
A) Bitkilərin kimyəvi qurluşunu
B) Dərman bitkilərinin hazırlanmasını
C) Sintetik dərman maddələrini
D) Bitki və heyvan mənşəli dərman xammalını
E) Dərman bitkilərinin tədarük qaydalarını
Farmakoqnoziya elmi bitki və heyvan mənşəli dərman xammalını öyrənir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev, C.S.Xəlilov «Farmakoqnoziya» Bakı-2010 səh.5.
Dostları ilə paylaş: |