803) Formaldehid məhlulunun miqdarı analiz üsulu hansıdır?
A) Yodometriya
B) Asidimetriya
C) Bromatometriya
D) Merkurimetriya
E) Nitritometriya
Formaldehid məhlulunun miqdarı analizi yodometriya üsulu ilə təyin edilir.
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1-ci hissə, Bakı, “Maarif”, 1979 səh 122
804) Bendazol (Dibazol) hansı aniona aid reaksiya verir?
A) Sulfat
B) Bromid
C) Nitrat
D) Yodid
E) Xlorid
Bendazol (Dibazol) hidroxlorid duzu olduguna görə xlorid anionuna aid reaksiya verir.
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1I-ci hissə, Bakı, “Maarif”, 1982 səh 52
805) Bendazolun (Dibazolun) miqdari analiz üsulu hansıdır?
A) Permanqanatometriya
B) Susuz mühitdə titrləmə
C) Argentometriya
D) Yodometriya
E) Nitritometriya
Bendazolun (Dibazolun) miqdari analizi susuz mühitdə titirləmə üsulu ilə aparılır.
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1I-ci hissə, Bakı, “Maarif”, 1982 səh 52
Dostları ilə paylaş: |