821) Poroşokların hazırlanma texnologiyasına hansı mərhələ aid deyil?
A) Dozalama
B) Xırdalama
C) Qarışdırma
D) Həlletmə
E) Bükmə
Poroşoklar səpilə bilən dərman formasıdır, ona görə “Həlletmə” poroşokların texnologiyasına aid deyil
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” BAKI 1989 səh 68
822) Protorqolun tərkibində neçə faiz gümüş var?
A) 10%
B) 20%
C) 8,3%
D) 70%
E) 100%
IX DF göstərişinə əsasən protorqolun tərkibində 8,3% gümüş vardır
IX DF səh 387 Mockba 1961
823) Göstərilən maddələrdən hansı boyayıcı maddələrə aiddir ?
A) Kamfora, novokain
B) Bor turşusu, streptosid
C) Riboflavin, akrixin
D) Metilen abısı, analgin
E) Amidopirin, furasilin
Riboflavin sarı- narıncı, akrixin isə sarı rəngli olduğu üçün boyayıcı maddələrə aiddir.
F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı,2005 səh 37
Dostları ilə paylaş: |