889) Kofein-natrium- benzoatın steril məhlulları neçə fazilidir?
A) 10 %, 80%-li
B) 10 %, 30%-li
C) 10 %, 50%-li
D) 10 %, 20%-li
E) 10 %, 70%-li
Kofein natri benzoatın steril məhlulu 10 və 20 faizlidir.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 250
890) 100 ml 1%-li novokain məhluluna nə qədər stabilizator əlavə edilir?
A) 0,2 ml 0,1 N xlorid turşusu məhlulu
B) 2 ml 0,1 N xlorid turşusu məhlulu
C) 0,9 ml 0,1 N xlorid turşusu məhlulu
D) 5 ml 0,1 N xlorid turşusu məhlulu
E) 0,5 ml 0,1 N xlorid turşusu məhlulu
1% 100ml novokain məhlulu stabilləşdirmək üçün 0,9 ml 0,1 N hidrogen xlorid turşusunun məhlulu götürülür.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 225
891) Qlükozanın steril məhlulunu hazırlamaq üçün hansı stabilizatordan istifadə olunur?
A) Veybel məhlulundan
B) 0,1 N xlorid turşusu məhlulundan
C) 0,1 N natrium-hidroksid məhlulundan
D) Trilon B məhlulundan
E) Natrium-hidrokarbonat məhlulundan
Qlükoza məhlulunun parçalanmasının qarşısının almaq üçün Veybel stabilizatorundan istifadə olunur.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 232
Dostları ilə paylaş: |