887) Streptosid məlhəm əsası ilə hansı növ məlhəm əmələ gətirir?
A) Qarışıq tipli
B) Emulsion
C) Homogen
D) Ekstraksion
E) Suspenzion
Streptosid nə suda nə də məlhəm əsasında həll olmur. Ona görə də suspenzion məlhəm əmələ gətirir.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 214
888) Yüksək temperatura davamsız maddələr hansılardır?
A) Natrium bromid, natrium hidrokarbonat, analgin
B) Novokain, kofein natrium- benzoat, qlükoza
C) Qlükoza, natrium xlorid, kalium xlorid
D) Aminazin, eufillin, heksametilentetramin E) Furasilin, eufillin, adrenalin hidroxlorid
Bunlar yüksək temperaturun təsirindən parçalandığı üçün aptekdə aseptik üsulla hazırlanır
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 219
Dostları ilə paylaş: |