878) Göstərilən hansı dərman maddəsinin məhluluna antioksidant əlavə edilir?
A) Novokain məhlulu
B) Askorbin turşusu məhlulu
C) Eufillin məhlulu
D) Natrium -xlorid məhlulu
E) Kofein natrium-benzoat məhlulu
Askorbin turşusu asanlıqla oksidləşir. Antioksidantlar onu parçalanma prosesindən mühafizə edir
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 227
879) Aminazinin inyeksiya məhlulu necə hazırlanır?
A) Aminazini sterilizə etməklə
B) İnyeksiya maddəsi və inyeksiya suyu sterilizə edilmir
C) Aseptik şəraitdə, infraqırmızı şüalar altında
D) Hazır məhlulu sterilizə etməklə
E) İnyeksiya suyunda həll etməklə
Aminazin güclü reduksiyaedici xassəyə malikdir. Aseptik şəraitdə infraqırmızı işıqla işıqlandırılmış bokslarda hazırlanır.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 219
880) İnyeksiya məhlulunun saxlama müddətini uzatmaq üçün onu necə hazırlamaq lazımdır?
A) Filtirləməklə
B) Qaynatamaqla
C) Süzməklə
D) Sabitləşdirməklə
E) Soyuducuda saxlamaqla
İnyeksiya məhlulunun uzun müddət yararlı olmasını və onun təhlükəsiz istifadə olunmasını təmin etmək üçün məhlul mütləq sabitləşdirilməlidir.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 222
Dostları ilə paylaş: |