900) Sulu çıxarışların tərkibinə dərman maddələri nə vaxt əlavə edilir ?
A) Süzüldükdən sonra hazır çıxarışa
B) Dəmləməzdən əvvəl
C) Dəmləmə müddətində
D) Süzülməzdən əvvəl
E) Sulu çıxarışın qəbulu zamanı
Bitki xammalı dəmlənib soyudulduqdan sonra süzülür, dərman maddəsi hazır çıxarışa əlavə edilir.
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 185
901) Rp: Ung. Kalii jodidi 30,0
Sol. Plumbi subacetatis 2 ml
M.f.ung
D.S. oynaqlara sürtmək üçün
Məlhəmi hazırladıqda sarı rəng əmələ gəlir. Bu hansı uyuşmazlığa aiddir?
A) Çətinlik törədən reseptdir
B) Fiziki
C) Farmakoloji
D) Fiziki-kimyəvi
E) Kimyəvi
Maddələr arasında kimyəvi reaksiya baş verdiyinə görə yeni maddələr əmələ gəlir. Bu uyuşmazlıq kimyəvi uyuşmazlığa aiddir .
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 310
Dostları ilə paylaş: |