1013) 1:30 sulu çıxarışlar hansı bitkilərdən hazırlanır?
A) Üskük otu yarpağı, cökə çiçəyi
B) Termopsis otu, nanə yarpağı
C) Solmaz çiçəyi otu, çobanyastığı çiçəyi
D) Palıd qabığı, gülxətmi kökü
E) Xoruzgülü otu, pişikotu kökü
X DF- nin göstərişinə əsasən xoruzgülü otu və pişikotu köklərindən sulu çıxarışlar 1:30 hazırlanır.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 133
1014) Yüksək temperaturun təsirindən parçalanan maddələrdən inyeksiya məhlulları necə hazırlanır?
A) 0,5%-li fenol məhlulu əlavə etməklə
B) Suda həll etməklə
C) 01 N hidrogen xlorid turşusu məhlulu əlavə etməklə
D) Qaynatmaqla
E) Birbaşa sterlizə etməklə
X DF əsaslanaraq sterilizasiya zamanı parçalanan maddələrin inyeksiya məhlullarına 0,5%-li fenol məhlulu əlavə edilir.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 219
1015) Sterilizasiya zamanı yüksək temperaturun təsirindən asanlıqla oksidləşən dərman maddələrinin məhlulları necə hazırlanır?
A) 0,1 N natrium hidroksid məhlulu əlavə etməklə
B) Natrium xlorid əlavə etməklə
C) Suda həll etməklə
D) Antioksidant stablizator əlavə etməklə
E) 0,1 N hidrogen xlorid məhlulu əlavə etməklə
Yüksək temperatur təsirindən oksidləşmə prosesinə məruz qalan dərman maddələrini sterilizə etdikdə antioksidant stablizatorlarından istifadə edilir.
F.Ə.Təhməzov, K.Y.Əliyeva “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri” Bakı 2005 səh 250
Dostları ilə paylaş: |