229) Halotanın (Ftorotan) narkoz efirindən üstün cəhətləri hansıdır?
A) Bronxospazm törədir
B) Hipertoniyaya səbəb olur
C) Narkotik təsiri daha güclüdür, efirdən fərqli olaraq nadir hallarda oyanma törədir
D) Qusma törədir
E) Selik ifrazını artırır
Ftoratan tənəffüs əzələlərini boşaldır və nəticədə qişanın qıcıqlanması baş vermir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 140
230) Halotanin əlavə təsiri hansıdır?
A) Hiperqlikemiya əmələ gətirir
B) Oyanma tez baş verir
C) Bronxospazm əmələ gətirir
D) Arterial təzyiqi yüksəldir
E) Arterial təzyiqi aşağı salır
Halotanin qan damarlarını genişləndirir və arterial təzyiqi aşağı salır. Belə hallarda arterial təzyiqi yüksəltmək üçün Fenilefrindən (Mezaton) istifadə etmək lazımdır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 140
Dostları ilə paylaş: |