240) Hər ikisi psixostimulyatorlara aid olan dərman maddələrini göstərin?
A) Amfetamin (Fenamin), Fenobarbital
B) Kofein, Amfetamin (Fenamin)
C) Mezokarb, Pirasetam
D) Natrium oksibutirat, Lidokain
E) Fentanil, Maqnezium-sulfat
Bunlar M.S.S.-nin fəaliyyətinə stimullaşdırıcı təsir göstərərək əqli və fiziki iş qabiliyyətini yüksəldir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 194
241) Aşağıdakılardan hansı neyroleptiklərin təsir mexanizminə aid deyil?
A) Psixotrop təsir
B) İnotrop təsir
C) Vegetatrop təsir
D) Sedativ təsir
E) Neyrotrop təsir
Neyroleptiklər antipsixotik və sakitləşdirici təsirə malik olan dərman maddələridir.
Ədəbiyyat: M.Qəniyev, E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”, “Nurlan”. Bakı, 2005 səh 182
Dostları ilə paylaş: |