806) Pilokarpin-hidroxlorid hansı aniona aid reaksiya verir?
A) Sulfat
B) Yodid
C) Bromid
D) Xlorid
E) Nitrat
Pilokarpin hidroxlorid duzu olduğuna görə xlorid anionuna aid reaksiya verir.
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1I-ci hissə, Bakı, “Maarif”, 1982 səh 89
807) Drotaverin (No-şpA) quruluş və formakoloji təsirinə görə hansı alkalidə oxşardır?
A) Pilokarpinə
B) Papaverinə
C) Atropinə
D) Platifillinə
E) Morfinə
Drotaverin (No-spa) quruluş və farmakoloji təsirinə görə papaverinə oxşardır.
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1I-ci hissə, Bakı, “Maarif”, 1982 səh 56
808) Piridoksin-hidroxlorid hansı dada malikdir?
A) Kəskin turş
B) Dadsız
C) Kəskin acı
D) Acıtəhər - turş
E) Şirin
Piridoksin - hidroxlorid acıtəhər - turş dada malikdir.
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1I-ci hissə, Bakı, “Maarif”, 1982 səh 180
809) Kofein məhlulu tanin məhlulunun təsirindən hansı rəngdə çöküntü əmələ gətirir?
A) Sarı
B) Ağ
C) Mavi
D) Bənövşəyi
E) Yaşıl
Kofein məhlulu tanın məhlulu təsirindən ağ rəngdə çöküntü əmələ gətirir.
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1I-ci hissə, Bakı, “Maarif”, 1982 səh 96
Dostları ilə paylaş: |