824) Göstərilən dərman formalarından hansı bərk dərman formalarına aid deyil?
A) Yığıntılar
B) Məlhəmlər
C) Tabletlər
D) Dənəciklər
E) Qranullar
Məlhəmlər yumşaq dərman formasıdır .
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, S.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Baki 1989 səh 66
825) Triturasiyanın hazırlanmasında hansı köməkçi maddədən istifadə edilir?
A) Buğda unu
B) Süd şəkəri
C) Su
D) Nişasta
E) Talk
Süd şəkəri az hiqroskopik olduğu üçün triturasiyanın hazırlanmasında istifadə olunur.
F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı,2005 səh 38
826) Triturasiya nədir?
A) Şəkər və şiddətli təsiredici maddənin qarışığı
B) Zəhərli və şiddətli təsiredici maddənin qarışığı
C) Zəhərli maddə ilə süd şəkərinin qarışığı
D) Qlükoza və şiddətli təsiredici maddənin qarışığı
E) Şəkər və zəhərli maddənin qarışığı
Zəhərli maddə ilə süd şəkərinin qarışığı 1:10 və 1: 100 nisbətində triturasiyasından istifadə edilir.
F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı,2005 səh 38
Dostları ilə paylaş: |