868) Aptekdə hazırlanan göz damcıları necə tərtib olunur?
A) Narıncı etiket, xaricə
B) Mavi etiket ,daxilə
C) Çəhrayi etiket, göz üçün
D) Yaşıl etiket ,daxilə
E) İnyeksiya üçün etiket
X DF göstərişinə əsasən bu etiketlərdən istifadə olunur.
F.Ə.Təhməzov, .K.Y.Əliyeva, Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri” Bakı 2005 səh 261
869) Levomisetindən göz damcısı hazırladıqda həlledici kimi nədən istifadə edilir?
A) 0,9%-li natrium xloridin məhlulundan istifadə edilir
B) Sudan istifadə edilir
C) Spirtdən istifadə edilir
D) Bitki yağlarından istifadə edilir
E) Bor turşusu və natrium tetraborat qarışığından istifadə edilir
Göz damcıları bor turşusu və natrium tetraborat məhlulunda hazırlanır. Bunlardan istifadə etməkdə əsas məqsəd uyğun bufer sistemi yaratmaqdan və levomisetinin həletmə qabiliyyətini artırmaqdan ibarətdir.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 259
Dostları ilə paylaş: |