1008) Mentol məlhəm əsasında necə həll edilir?
A) Efirdə həll edilir
B) Suda həll edilir
C) Xloroformda həll edilir
D) Əridilmiş məlhəm əsasında həll edilir
E) Bitki yağında həll edilir
Mentol əridilmiş məlhəm əsasına əlavə edilir, soyuyana qədər qarışdırılır.
F.Ə.Təhməzov, K.Y.Əliyeva Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri Bakı;2005 səh 186
1009) Suspenziyon məlhəmin tərkibində dərman madələsinin miqdarı 5%-dən az olarsa, dərman maddəsi nə ilə qarışdırılıb, məlhəmin tərkibinə verilir?
A) Lanolinləilə
B) Distillə suyu ilə
C) Vaselin yağı ilə
D) Kakao yağı ilə
E) Efir yağı ilə
Suspenzion məlhəmin tərkibində bərk dərman maddəsinin miqdarı 5%-dən az olarsa, məlhəmin əsasına uyğun maye ilə (vazelin yağı, bitki yağı və ya su ilə) qarışdırılıb sonra məlhəm əsasına əlavə edilir.
F.Ə.Təhməzov, K.Y.Əliyeva “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri” Bakı 2005 səh 188
Dostları ilə paylaş: |