199) Yerli anesteziyaedici maddələrin təsir müddətini uzatmaq üçün bu maddələrdən hansı istifadə edilir?
A) Tannin məhlulu
B) Etil spirti
C) Fenilefrin (Mezaton)
D) Benzilpenisillin
E) Hidrogen- peroksid
Yerli anesteziyaedici maddənin qana sorulmasının qarşısını almaq və təsirini uzatmaq üçün yerli anestiklərin məhlullarına damardaraldıcı maddə Fenilefrin (Mezaton) əlavə edilir
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 76
200) Parçalanma məhsulu para-aminobenzoy turşusu olan yerli anesteziyaedici maddənin adı nədir?
A) Prokain-hidroxlorid (Novokain)
B) Kokain
C) Trimekain-hidroxlorid
D) Lidokain
E) Benzokain (Anestezin)
Prokain orqanizmdə parçalanaraq sulfanilamid preparatlarının antaqonisti olan para-aminobenzoy turşusu əmələ gətirir. Ona görə də Prokaini sulfanilamid preparatları ilə müalicə olunan xəstələrə təyin etmək olmaz.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005səh 78
201) Hansı xassəsinə görə Benzokain (anestezin) cərrahiyyə təcrübəsində istifadə edilmir?
A) Yağda yaxşı həll olur
B) Spirtdə yaxşı həll olur
C) Suda yaxşı həll olur
D) Efirdə yaxşı həll olur
E) Suda pis həll olur
Benzokain suda pis həll olması ilə əlaqədar olaraq cərrahiyyə təcrübəsində ağrıkəsici maddə kimi istifadə olunmur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 79
Dostları ilə paylaş: |