196) Hansı maddələr maddi kumulyasiya törədir?
A) Alkaloidlər
B) Saponinlər
C) Sulfanilamidlər
D) Antibiotiklər
E) Ürək qlikozidləri
Ürək qlikozidləri orqanizmdən gec xaric olduğuna görə orqanizmdə kumulyasiya törədir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 66
197) Yerli anesteziyaedici maddələrin selikli qişadan sorulmasının qarşısını almaq üçün hansı preparat istifadə edilir?
A) Validol
B) Lidokain
C) Baralgin
D) Epinefrin (Adrenalin-hidroxloriD)
E) Atropin
Epinefrin damardaraldıcı xüsusiyyətə malik olduğu üçün yerli anesteziyaedici maddələrinin selikli qişadan sorulmasını ləngidir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 76
Dostları ilə paylaş: |