227) Rezerpin hansı preparatın tərkibinə daxildir?
A) Talinolol
B) Prazozin
C) Propanolol-hidroxlorid (Anaprilin)
D) Quanetidin-sulfat (Oktadin)
E) Kristepin
Rezerpin hipertoniya zamanı istifadə olunan kristepin drajenin tərkinə daxildir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 136
228) Narkoz efirinin əsas xüsusiyyəti hansıdır?
A) Hipoqlikemiya
B) Hipertoniya
C) Selik ifrazını azaldır
D) Taxikardiya
E) Selik ifrazını artırır
Efir narkozun tənəffüs yollarının selikli qişasına yerli qıcıqlandırıcı təsiri nəticəsində selik ifrazını artırır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 140
Dostları ilə paylaş: |