244) Diazepamın trankvilizəedici təsiri nə ilə bağlıdır?
A) Benzodiazepin reseptorlarını qıcıqlandırır
B) MAO aktivliyini azaldır
C) Adrenoreseptorlarla əlaqəyə girir
D) Xolinoreseptorlarla əlaqəyə girir
E) Dofamin reseptorlarını blokadaya alır
Diazepamın benzodiazepin reseptorları qıcıqlandırmaqla QAYT reseptorları aktivləşdirir və M.S.S. tormozlayıcı təsir göstərir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 188
245) Bu maddələrdən hansı neyroleptiklərə aiddir?
A) İmipramin (İmizin)
B) Xlorpromazin (Aminazin)
C) Naproksen
D) Voltaren
E) Sidnofen
Preparat sakitləşdirici və antipsixotik təsirə malikdir. Onun vasitəsilə qorxu, həyəcan və əsəb gərginliyi, sayıqlama və qarabasmaları zəiflətmək, yaxud tamamilə aradan qaldırmaq mümkündür.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 184
Dostları ilə paylaş: |