236) Psixostimulyatorların nümayəndəsi hansıdır?
A) İmipramin (İmizin)
B) Pirasetam
C) Pikamilon
D) Amitriptilin
E) Kofein
Kofeinin MSS göstərdiyi stimullaşdırıcı təsir nəticəsində əqli və fiziki iş qabiliyyətini yüksəldir, yorğunluq və yuxuya meyllik aradan qalxır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh195
237) Sedativ maddələrə hansı aiddir?
A) Linkomisin
B) Fenilefrin-hidroxlorid (Mezaton)
C) Metamizol (Analgin)
D) Difenhidramin (Dimedrol)
E) Korvalol
Kombinə edilmiş preparatdır. 15 ml tutqun flakonlarda buraxılır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 191
Dostları ilə paylaş: |