246) Neyroleptiklər hansı halda işlənir?
A) Şizofreniya zamanı
B) Oynaqların iltihabı zamanı
C) Bronxial astma zamanı
D) Şəkərli diabet zamanı
E) Vitamin çatmazlığı zamanı
Neyroleptiklər antipsixotik təsirə malik olduğu üçün şizofreniyada istifadə olunurlar.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 183
247) Netroleptanalgeziyada işlənən maddə hansıdır?
A) Diazepam (Relanium)
B) Benzokain (Anestezin)
C) Droperidol
D) Bellataminal
E) Bellastezin
Cərrahi əməliyyatları ağrısızlaşdırmaq üçün neyroleptik preparat olan droperidol fentanil preparatı ilə birlikdə istifadə olunur. Droperidol fentanilin ağrıkəsici təsirini gücləndirir və eyni zamanda mənfi emosiyaları aradan qaldırır. Bu halda dərman preparatı həm neyroleptik, həm də analgeziyaedici təsir göstərdiyindən belə ağrısızlaşdırma metodu neyroleptanalgeziya adlandırılır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 169
Dostları ilə paylaş: |