570) Kakao yağı tibbidə hansı məqsədlə istifadə olunur?
A) Emulsiyaların hazırlanmasında
B) Məlhəmlərin hazırlanmasında
C) Pastaların hazırlanmasında
D) Şamların, kürəciklərin hazırlanmasında
E) Suspenziyaların hazırlanmasında
Kakao yağı tibbidə şamlarin, kürəciklərin hazırlanmasında istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.136.
571) Zeytun yağı tibbidə hansı məqsədlərlə istifadə olunur?
A) Şamların, kürəciklərin hazırlanmasında əsasi maddə kimi
B) Yağlı məhlullarının hazırlanmasında həlledici kimi
C) Emulsiyaların hazırlanmasında həlledici kimi
D) Kafur preparatlarının, cinsi hormon preparatlarının hazırlanmasında həlledici kimi
E) Pastaların hazırlanmasında əsasi maddə kimi
Tibbi məqsədlər üçün istifadə olunan zeytun yağı təmiz trioleindən ibarətdir. Bu yağ rəngsizdir və otaq temperaturunda şəffafdır. Tibbdə zeytun yağı kafurun inyeksion məhlullarının və cinsi hormon preparatlarının hazırlınmasında həlledici kimi istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.120.
Dostları ilə paylaş: |