575) İtburnu bitkisinin hansı hissəsi müalicə əhəmiyyətlidir?
A) Toxumu
B) Meyvəsi
C) Yarpağı
D) Kökü
E) Cicəyi
İtburnu meyvələrinin tərkibində C vitamini, karotin, riboflavin, K vitamini, P vitamini vardır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 146.
576) C vitamininin mənbəyi kimi təbabətdə hansı bitkilərdən istifadə edilir?
A) Şirquyruğu otu, dazı otu, yemişan çiçəkləri
B) İtburnu meyvəsi, qara qarağat meyvəsi, novruzçiçəyi yarpağı
C) Çətənə kəndiri, at şabalıdı, üskükotu
D) Kələm yarpağı, gülümbahar çiçəkləri, qarğıdalı saçağı
E) Palıd qabığı, qurd pəncəsi, psoraleya kökü
C vitamininin mənbəyi kimi təbabətdə itburnu meyvəsi, qara qarağat meyvəsi, novruzçiçəyi yarpağı istifadə edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.143,146,155,172,174.
Dostları ilə paylaş: |