949) Rp: Hydrargyri dijodidi 0,12
Kalii jodidi 6,0
Aquae destillatae 200 ml
M.D.S. 1 xörək qaşığı ilə gündə 3 dəfə
Civə iki yodid zəhərli maddədir. Bir dəfəlik dozasını göstər.
A) 0,12
B) 0,01
C) 0,009
D) 0,03
E) 0,02
Hesablama əsasında 0,12x15/200=0,009. Civə iki yodidin birdəfəlik dozası 0,009-dur. (1 xörək qaşığı =15 ml ; 200 ml məhlulun həcmi)
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 89
950) Hansı preparat standart mayelərə aid deyil ?
A) Formalin məhlulu
B) Hidrogen xlorid turşusunun məhlulu məhlulu
C) Kalsium xlorid məhlulu D) Burov məhlulu
E) Perhidrol məhlulu
Ofisinal preparatlar mövzusuna əsasən kalsium xlorid məhlulu standart mayelərə aid deyil.
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 128
951) Reseptdə Burov məhlulunun qatılığı göstərilməzsə xəstəyə neçə faizli məhlul verilməlidir?
A) 8%-li
B) 10%-li
C) 6%-li
D) 4%-li
E) 25%-li
Reseptdə Burov məhlulunun qatılığl göstərilmədikdə 8%-li məhlul buraxılır.
В.М.Грецкий,В.С.Хомченко.Руководство к практическим затятиям по технологии лекарственных форм.»Медицина»,Москва,1991 səh 116
Dostları ilə paylaş: |