1010) Rp:. Sol. Kalii bromidi 3%-200 ml
Aethylmorphini 0,2
Tincturae Valerianae 10 ml
M.D.S. 1 xörək qaşığı gündə 3 dəfə
Etilmorfinin 1 dəfəlik dozasını təyin et:
A) 0,013
B) 0,042
C) 0,05
D) 0,2
E) 0,014
Miksturanın həcmi 210 ml, tərkibində 0,2 etilmorfin vardır. Xörək qaşığının həcmi 15 ml (15x0,2/210=0,014) etilmorfin hidroxloridin 1 dəfəlik dozası 0,014 qramdır.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 95
1011) Hansı maddələr kalloid məhlul əmələ gətirir?
A) Efir, pektin, pepsin
B) Pepsin, ixtiol, fenol
C) Nişasta, ixtiol, protarqol
D) Kollarqol, protarqol, ixtiol
E) Gümüş, oksiol, ixtiol
Kollarqol, protorqol və ixtiol kalloid məhlulları əmələ gətirir.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 105
1012) 100,0 emulsiya hazırlanarkən reseptdə yağın adı və miqdarı göstərilməzsə hansı yağdan və nə qədər götürmək lazımdır?
A) 10,0 qoz yağı
B) 10,0 günəbaxan yağı
C) 10,0 şaftalı və ya badam yağı
D) Reseptdə mütləq göstərilməlidir
E) Emulqatorun miqdarından asılıdır
X DF-nin göstərişinə əsasən reseptdə yağın adı göstərilmədikdə 10,0 badam və ya şaftalı yağı götürülür. Emulsiya 10 %-li hazırlanır.
X DF səh 266, Moskva 1968
Dostları ilə paylaş: |