1032) Tibbi çubuqlar hansı dərman formasına aiddir?
A) Plastrlara
B) Pastalara
C) Həblərə
D) Məlhəmlərə
E) Suppozitoriyalara
Tibbi təyinatına görə suppozitoriyalar 3 yerə bölünür. Bunlardan biri çubuq formasında olduğu üçün tibbi çubuqlar adlanır.
F. Ə. Təhməzov, K, Y. Əliyeva. “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı 2005 səh 211
1033) Məlhəmlərin hazırlanma texnalogiyasına aid olmayan mərhələ hansıdır?
A) Süzmə
B) Çəkmə
C) Həll etmə
D) Qarışdırma
E) Qablaşdırma
Məlhəmlər yumşaq dərman forması olduğu üçün süzmə əməliyyatından istifadə olunmur.
F. Ə. Təhməzov, K, Y. Əliyeva. “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 186
Dostları ilə paylaş: |