439) Hazırlanmış qatı ekstrakt məhlulunun aptekdə saxlanma müddəti neçə gündür?
A) 5
B) 10
C) 15
D) 8
E) 12
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
440) Botkin poroşoku necə qəbul edilir?
A) İmalə üçün
B) Daxilə
C) Qarqara üçün
D) Xaricə
E) İslatma üçün
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
441) Bitki xammalından alınan sulu çıxarışlara nə deyilir?
A) Dəmləmələr
B) Tinkturlar
C) Şərbətlər
D) Ekstraktlar
E) Məhlullar
Ədəbiyyat: Ə.İ.İsmayılov və başqaları.Dərman formalarının texnologiyası.İ hissə.Bakı-1988
442) Zəhərli maddələrdən hazırlanan triturasiya hansı şkafda saxlanılır?
A) "B" siyahısı üzrə
B) Analitikin masasında
C) Nəzarətçinin masasında
D) "A" siyahısı üzrə
E) Müdürün otağında
Ədəbiyyat: Ə.İ.İsmayılov və başqaları.Dərman formalarının texnologiyası.I hissə. Bakı,1988
Dostları ilə paylaş: |