105) Bunlardan hansı sistem (ümumi) istifadəyə aid deyil?
A) İnhalyasion
B) Əzələdaxili
C) Venadaxili
D) Transdermal
E) Dəriüstü (epidermal)
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
106) Dərman maddəsinin mədə-bağırsaq traktından sorulması hansı faktordan asılı deyil?
A) Dərman formasından
B) Qanın laxtalanma qabiliyyətindən
C) Mədə və bağırsağın pH-dan
D) Mədə şirəsinin tərkibindən
E) Mədə-bağırsağın hərəki fəaliyyətindən (peristaltikasından)
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
107) Dərman maddəsinin qan plazmasının zülalları ilə möhkəm birləşməsi nəyə səbəb olur?
A) Sürətlə parçalanmasına
B) Orqanizmdən xaric olmasının sürətlənməsinə
C) Təsir müddətinin uzamnasına
D) Təsir müddətinin qısalmasına
E) Farmakoloji aktivliyinin artmasına
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
Dostları ilə paylaş: |