101) Dərman maddəsinin teratogen təsiri hansı dövrdə özünü göstərə bilər?
A) Yenidoğulmuş uşaqlarda
B) Hamiləliyin sonuncu trimestrində
C) Hamiləliyin birinci trimestrində
D) Preimplantasiya dövründə
E) 40 yaşdan yuxarı qadınlarda
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
102) Orqanizmdə hər hansı komponentin çatışmazlığının həmin komponentin dərman preparatının orqanizmə yeridilməsi ilə aparılan müalicəsi necə adlanır?
A) Etiotrop müalicə
B) Möhkəmləndirici müalicə
C) Patogenetik müalicə
D) Simptomatik müalicə
E) Əvəzedici müalicə
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005
103) Qan plazmasının qaraciyər vasitəsilə dərman vasitəsindən təmizlənməsi hansı terminlə ifadə olunur?
A) Hepatik klirens
B) Renal klirens
C) Yarımparçalanma dövrü
D) Yarımxaricolma dövrü
E) Ümumi (total) klirens
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
104) Xəstəliyi törədən səbəbi aradan qaldırmaq üçün aparılan dərman müalicəsi necə adlanır ?
A) Profilaktik müalicə
B) Əvəzedici müalicə
C) Simptomatik müalicə
D) Kimya-terapiya
E) Etiotrop və ya kauzal müalicə
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
Dostları ilə paylaş: |