301) Aşağıdakı xüsusiyyətlərdən hansı qlükokortikosteroidlərə aid deyildir.?
A) Güclü iltihab- və allergiyaəleyhinə təsirlərə malikdirlər.
B) Anafilaktik şok zamanı istifadə olunurlar
C) Onlardan iltihab və allergiya əleyhinə preparat kimi istifadə olunur
D) Hamiləlik dövründə onların istifadəsi əks göstərişdir
E) Hipoqlikemiya törədirlər
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
302) Aşağıdakı əlavə təsirlərdən hansı qlükokortikosteroidlərə aid deyildir?
A) Şəkərli diabet törədə bilərlər
B) Onların uzunmüddətli istifadəsi zamanı mədə və 12-barmaq bağırsağın xora xəstəlikləri inkişaf edə bilər
C) Arterial təzyiqin yüksəlməsi baş verə bilər
D) Onlardan uzunmüddətli istifadə zamanı psixi pozğunluqlar inkişaf edə bilər
E) Onlardan istifadə zamanı hipoqlikemiya baş verə bilər
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
Dostları ilə paylaş: |