72) Ölkə daxilində istehsal olunan dərman vasitəsinin Azərbaycan
Respublikasında dövlət qeydiyyatına alınması üçün hansı tədqiqat üzrə hesabat
tələb olunmur?
A) Teratogenliyin öyrənilməsi haqqında hesabat
B) Yerli reaksiyanın öyrənilməsi haqqında hesabat
C) Kanserogenliyin öyrənilməsi haqqında hesabat
D) Mutagenliyin öyrənilməsi haqqında hesabat
E) Gəlirin planlaşdırılması haqqında hesabat
Ədəbiyyat: SN-nin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına dair bələdçi
qaydalar. Bakı 2015, 65 s.
73) Ölkə daxilində istehsal olunan dərman vasitəsinin Azərbaycan
Respublikasında dövlət qeydiyyatına alınması üçün hansı aspektlər öyrənilmir?
A) Farmako-iqtisadi analiz haqqında hesabat
B) Farmakokinetikanın öyrənilməsi
C) Farmakodinamikanın öyrənilməsi
D) Farmakoterapevtik texnologiyanın öyrənilməsi
E) Dərman vasitəsinin tətbiqinin öyrənilməsi
Ədəbiyyat: SN-nin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına dair bələdçi
qaydalar. Bakı 2015, 65 s.
|