699) Aşağıda göstərilən nümunələrdən hansı kimyəvi antaqonizmə aiddir?
A) M-xolinoblokatorlar – M-xolinomimetiklər
B) Heparin – Protamin-sulfat
C) Narkotik analgetiklər - Nalokson
D) Antidepolyarizəedici kurareyəbənzər maddələr – Antixolinesteraz maddələr
E) Etil spirti - Antabus
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
700) Daxilə qəbul edilən dərman maddəsinin biomənimsənilmə dərəcəsi hansı faktordan asılı deyil?
A) Dərman maddəsinin mədə-bağırsaq traktından sorulma sürətindən
B) Bağırsaqdaxili mühitin pH-dan
C) Qaraciyərin mikrosomal fermentlərinin aktivliyindən
D) Bağırsaqların qan təchizatından
E) Limfanın axın sürətindən
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
701) Aşağıdakı preparatlardan hansı orqanizmə daxil edilmə (yeridilmə) yolundan asılı olaraq müxtəlif farmakoloji effektlər törədir?
A) Papaverin-hidroxlorid
B) Nootropil
C) Maqnezium-sulfat
D) Platifillin-hidrotartrat
E) Atropin-sulfat
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
Dostları ilə paylaş: |