1004) Aminokapron turşusunun antifibrinolitik təsir mexanizmi nədən ibarətdir?
A) Trombositlərin fosfodiesteraza fermentinin təsirini zəiflədir
B) Plazminogenlə birləşərək onun plazminə çevrilməsinə, qismən də plazminin fibrinə təsir göstərməsinə mane olur
C) Trombositləri inaktivləşdirir
D) tromboositlərin aqreqasiyasına mane olur
E) Qanın özlülüyünü azaldır
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
1005) Aminometilbenzoy turşusu hansı qrup preparatlara aiddir?
A) Koaqulyantlara
B) Fibrinolitik preparatlara
C) Qeyri-steroid iltihabəleyhinə preparatlara
D) Antifibrinolitik preparatlara
E) Antikoaqulyantlara
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
1006) Aşağıdakı preparatlardan hansı angioprotektordur?
A) Pikamilon
B) Pirasetam
C) Nimodipin
D) Detraleks
E) Vazobral
Ədəbiyyat: : E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
1007) Maral buynuzunun cücərtilərindən hansı preparat alınır?
A) Adiurekrin
B) Pantopon
C) Vipratoks
D) Viprosal
E) Pantokrin
Ədəbiyyat: С.Я.Соколов, И.П.Замотаев. Справочник по лекарственным растениям. М., Медицина, 1985.
1008) Şişyarpaq sənanın yarpaqlarından hansı preparatın alınmasında istifadə edilir?
A) Qlisiram
B) tıkveol
C) Likviriton
D) Senadeksin
E) Eskuzan
Ədəbiyyat: С.Я.Соколов, И.П.Замотаев. Справочник по лекарственным растениям. М., Медицина, 1985.
1009) İndapamidlə kombinəolunmuş şəkildə istehsal olunan preparat hansıdır?
A) Ramipril
B) Еnalapril
C) Kaptоpril
D) Pеrindоpril
E) Lizinоpril
Ədəbiyyat: Hafiz Əliyеv, Fuad Məmmədоv Angiоtеnzin-çеvirən fеrmеntin inhibitоrları оlan prеparatlar, standartlaşdırılma və «quruluş-fəallıq» əlaqələri haqqında, Azərbaycan Əczaçılıq və Farmakоtеrapiya Jurnalı, 2009, №2, s. 36-40.
Dostları ilə paylaş: |