574) Ototoksiki təsirə malik olan vərəm əleyhinə preparat hansıdır?
A) Etionamid
B) Salyuzid
C) Etambutol
D) Sikloserin
E) Kanamisin
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
575) Göz sinirini zədələyən vərəm əleyhinə preparat hansıdır?
A) Rifampisin
B) Kanamisin
C) Streptomisin
D) Etambutol
E) İzoniazid
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
576) Bunlardan hansı sifilis əleyhinə preparatlara aid deyil?
A) Seftriakson
B) Bismut preparatları
C) Yod preparatları
D) Aminoqlikozidlər
E) Benzilpenisillin preparatları
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
577) Bismut preparatlarının treponem əleyhinə təsir meхanizmi necə izah olunur?
A) Fermentlərin sulfhidril qrupunu blokadaya alır
B) RNT-sintezini blokadaya alır
C) Hüceyrə membranının keçiriciliyini pozur
D) Hüceyrə divarının sintezini pozur
E) DNT-sintezini blokadaya alır
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
Dostları ilə paylaş: |