757) Aşağıdakı metal oksidlərindən hansı kseroformun tərkibininə daxildir?
A) Titan 4-oksik
B) Mis 2-oksid
C) Bismut 3-oksid
D) Dəmir 3-oksid
E) Dəmir 2-oksid
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
758) Aşağıdakı göstərilənlərdən hansılar qeyri-üzvi büzüşdürücü maddələrə aiddir?
A) Əsasi bismut-nitrat, kalium-alüminium zəyi, qurğuşun-asetat
B) Alüminium-hidroksid, maqnezium-hidroksid, tannin
C) Romazulan, dermatol, kseroform
D) Kalium-alüminium zəyi, tannin, qurğuşun-asetat
E) Qurğuşun-asetat, adaçayı yarpaqlarının dəmləməsi, palıd qabığının bişirməsi
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
759) Aşağıda sadalanan xüsusiyyətlərdən hansı büzüşdürücü maddələrə aid deyildir?
A) Büzüşdürücü maddələr selikli qişada zülalı pıxtalaşdırır
B) Büzüşdürücü maddələrin zülalı pıxtalaşdırmaqla əmələ gətirdiyi təbəqə hissi sinir uclarını qıcıqlandırıcıların təsirindən qoruyur.
C) Büzüşdürücü maddələr zəif antimikrob təsirə malikdir
D) Büzüşdürücü maddələr yara səthində olan zülalı pıxtalaşdırmaqla büzüşdürücü təsir göstərir
E) Büzüşdürücü maddələr güclü antimikrob təsirə malikdir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
Dostları ilə paylaş: |