879) Fenkarolun beynəlxalq patentləşdirilməmiş adı nədir?
A) Kvifenadin
B) Difenhidramin-hidroxlorid
C) Mebhidrolin
D) Klemastin
E) Xloropiramin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
880) Aşağıdakı maddələrdən hansılar dolayı təsirli antihistamin maddələrə aiddir?
A) Kromolin-natrium (intal) ketotifen (zaditen)
B) Loratadin (klaritin), Setirizin (zirtek)
C) Kvifenadin (fenkarol), xloropiramin (suprastin)
D) Mebhidrolin (diazolin), klemastin (tavegil)
E) Dimenhidrinat (dedalon), prometazin-hidroxlorid (pipolfen)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
881) Dolayı təsirli antihistamin preparatlar (kromolin-natrium, ketotifen) tibbi təcrübədə nə üçün istifadə olunur?
A) Baş vermiş bronxial astma tutmalarını aradan qaldırmaq üçün
B) H1-histamin reseptorlarını histaminin qıcıqlandırıcı təsirindən qorumaq üçün
C) Astma tutmalarının müalicəsi və profilaktikası üçün
D) Bronxial astma tutmalarının qarşısını almaq üçün
E) Sərbəst histaminin təsirini aradan qaldırmaq üçün
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
Dostları ilə paylaş: |