Əczaçılıq fəaliyyəti haqqında
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
Bu Qanun dərman vasitələri hazırlanmasının, sınaqdan çıxarılmasının,
istehsalının, saxlanmasının idxalının, ixracının və satışının hüquqi, iqtisadi
və təşkilati əsaslarını və Azərbaycan
Respublikası ərazisindəəczaçılıq
fəaliyyəti
ilə məşğul
olan
hüquqi
və fiziki şəxslərin
dərman
vasitələri
ilə davranışını tənzimləyir.
I f ə s i l
ÜMUMİ ANLAYIŞLAR
M a d d ə 1 . Əsas müddəalar
Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir:
“əczaçılıq fəaliyyəti” — dərman vasitələrinin elmi axtarışı, hazırlanması,
sınaqdan çıxarılması, istehsalı, keyfiyyətinə nəzarət, əldə edilməsi, saxlanması,
yayılması və satışı, dərman xammalının toplanması vətədarükü ilə bağlı fəaliyyət
növüdür;
“dərman vasitələri” — xəstəliklərin diaqnostikası, profilaktikası, müalicəsi üçün
istifadə edilən bioloji və farmakoloji fəallığa malik müxtəlif mənşəli (bitki, heyvan,
sintetik, mineral, biotexnoloji) maddələr, xammal və onların dərman formalarıdır;
“farmokoloji vasitələr” — klinik tədqiqatın obyekti olan, farmokoloji
fəallığı müəyyən edilmiş dərman formasında maddələr və ya maddələrin qarışığıdır;
“aptek təşkilatları” — apteklər, aptek anbarları, aptek məntəqələri, aptek
köşkləridir;
“dərman vasitələri ilə davranış” — yeni dərman vasitələrinin və onların
substansiyalarının
elmi
axtarışı və hazırlanması,
dərman
vasitələrinin
hazır şəkilə salınması, e’malı, qablaşdırılması və ya onların alınmasına yönəlmiş
digər fəaliyyət, eləcə də dərman vasitələrinin satışı, paylanması və dövriyyəyə daxil
edilməsinin digər üsulları, əldə edilməsi, tətbiqi, saxlanması, bölüşdürülməsi,
daşınması, buraxılması və yararsız hala düşdükdə məhv edilməsidir;
“Azərbaycan Respublikası dərman vasitələrinin dövlət reyestri” (bundan
sonra “reyestr”)— müvafiq icra hakimiyyəti orqanı tərəfindən istehsalına və
tətbiqinə icazə verilən və qeydiyyata alınan dərman vasitələrinin siyahısıdır.
M a d d ə 2 . Azərbaycan Respublikasının əczaçılıq fəaliyyəti haqqında
qanunvericiliyi
Azərbaycan Respublikasının əczaçılıq fəaliyyəti haqqında qanunvericiliyi
Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan
Respublikasının bu Qanuna uyğun olaraq qəbul edilən digər qanunvericilik
aktlarından və Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdən
ibarətdir.
M a d d ə 3 . Bu Qanunun tətbiq sahəsi
Bu
Qanunun
müddəaları Azərbaycan
Respublikasının ərazisində əczaçılıq
fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə şamil edilir.
M a d d ə 4 . Əczaçılıq fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri
Əczaçılıq fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
vətəndaşların beynəlxalq standartlara uyğun dərman yardımı almaq hüququna
tə’minat verilməsi;
dərman yardımının təşkili məsələlərinin məqsədli dövlət proqramları əsasında
kompleks həlli;
təhlükəsiz, səmərəli və keyfiyyətli dərman vasitələrinin axtarılıb tapılması üçün
elmi tədqiqatların təşkili;
əczaçılıq fəaliyyətinə dövlət nəzarəti;
qanunvericilikdə müəyyənləşdirilmiş qaydada
vətəndaşların
ayrı-
ayrı kateqoriyalarına pulsuz və ya güzəştli dərman yardımı göstərilməsinə tə’minat
verilməsi;
dərman vasitələri hazırlanmasının, istehsalının, ixracınının, idxalının və satışının
lisenziyalaşdırılması;
dərman
vasitələri üçün
xammal
olan
təbii
ehtiyatların
qorunub
saxlanması və artırılması.
M a d d ə 5 . Əczaçılıq fəaliyyəti sahəsində icra hakimiyyəti orqanlarının
vəzifələri
Əczaçılıq fəaliyyəti sahəsində icra hakimiyyəti orqanları aşağıdakı vəzifələri
həyata keçirirlər:
dərman vasitələrinin dövlət qeydiyyatının həyata keçirilməsi;
dərman vasitələri istehsalının dövlət standartlarının və müvafiq normativ-texniki
sənədlərin hazırlanması;
dərman vasitələri istehsalının strategiyasının müəyyənləşdirilməsi;
dərman vasitələrinin dövriyyəsinə nəzarət edilməsi;
əsas (həyat əhəmiyyətli) dərman vasitələrinin istehsalı üçün dövlət sifarişlərinin
verilməsi;
dərman vasitələrinin dövriyyəsinə dair vahib statistika hesabatı formasının
müəyyən edilməsi;
tərkibində narkotik
maddələr
olan
dərman
vasitələrinin
saxlanması,
buraxılması qaydasının müəyyənləşdirilməsi və istifadəsinə nəzarətin təşkili;
dərman vasitələrinin keyfiyyətinə və səmərəliyinə dövlət nəzarətinin həyata
keçirilməsi;
dərman vasitələrinin klinikaya qədər və klinik tədqiqi barədə normativ aktların
təsdiq edilməsi;
əczaçılıq fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi;
dərman vasitələri alınmasına ayrılan büdcə təxsisatından səmərəli istifadəyə
nəzarət edilməsi.
M a d d ə 6 . Əczaçılıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər
Azərbaycan Respublikasında müəyyənləşdirilmiş qaydada əczaçılıq fəaliyyəti
ilə Azərbaycan Respublikasının və ya xarici ölkələrin əczaçılıq üzrə ali və ya orta
ixtisas məktəblərini bitirmiş fiziki şəxslər vəmülkiyyət formasından asılı olmayaraq
bütün hüquqi şəxslər məşğul ola bilərlər.
Məhkəmənin qərarı ilə əczaçılıq fəaliyyəti ilə məşğul olması qadağan edilən və ya
fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər əczaçılıq fəaliyyəti ilə məşğul ola
bilməzlər.
I I f ə s i l
DƏRMAN VASİTƏLƏRİ İLƏ DAVRANIŞ
M a d d ə 7 . Dərman vasitələrinin istehsalına və tətbiqinə icazə verilməsi
Yeni dərman vasitələrinin təbabətdə tətbiqi qaydasını və şərtlərini müvafiq icra
hakimiyyəti orqanı təsdiq edir.
Dövlət sifarişi əsasında dərman vasitələri, onların istehsalı üçün yarımfabrikatlar
hazırlayan
müəssisə və təşkilatlar
müvafiq
icra
hakimiyyəti
orqanının
razılığı və əvvəl buraxılan məhsulun əvəzedicisi olmadan onun istehsalını dayandıra
və ya istehsaldan çıxara bilməzlər.
Dərman vasitələri istehsal edən müəssisələr normativ-texniki sənədlər əsasında
onların nomenklaturasını müstəqil surətdə tərtib edirlər.
M a d d ə 8 . Dərman vasitələrinin istehsalı üçün lisenziya verilməsi
Dərman vasitələrinin istehsalı ilə məşğul olan müəssisə və təşkilatlar istehsal
edəcəkləri dərman vasitələrinin siyahısını təqdim etməklə beş ildən bir müvafiq icra
hakimiyyəti orqanından lisenziya alırlar.
Dərman vasitələrinin istehsalı müvafiq icra hakimiyyəti orqanının verdiyi
lisenziya əsasında mülkiyyət formasından asılı olmayaraq əczaçılıq fəaliyyəti
ilə məşğul olan hüquqi şəxslər tərəfindən həyata keçirilir.
M a d d ə 9 . Dərman vasitələrinin istehsalı üçün xammal
Mineral və bitki ehtiyatları, biotexnoloji və heyvan mənşəli materiallar kimyəvi
maddələr və digər məhsullar dərman vasitələrinin istehsalı üçün xammal ola bilər.
Dərman
vasitələrinin
istehsalı üçün
tərkibindənarkotik,
güclü tə’siredici
və zəhərləyici maddələr olan dərman bitkilərinin becərilməsi və tədarükü Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
M a d d ə 1 0 . Dərman vasitələri istehsal edən müəssisələrin dərman
vasitələrinin satışı üzrə vəzifələri
Dərman vasitələri istehsal edən müəssisələr dərman vasitələrini mülkiyyət
formasından asılı olmayaraq müalicə-profilaktika, sanatoriya-kurort, elmi-tədqiqat
müəssisələrinə və aptek anbarlarına satmalıdırlar.
Dərman vasitələri istehsal edən müəssisələr səhiyyə işçilərini dərman vasitələrinin
bütün tətbiqi xassələri haqqında tam mə’lumatla tə’min etməyə borcludurlar.
M a d d ə 1 1 . Dərman vasitələrinin dövriyyəsində iştirak edən hüquqi
şəxslərin qeydiyyatı və onlara lisenziya verilməsi
Dərman vasitələrinin dövriyyəsində iştirak edən hüquqi şəxslərin qeydiyyatı,
onlara lisenziyanın verilməsi və geri alınması qanunvericilikdə müəyyənləşdirilmiş
qaydada həyata keçirilir.
M a d d ə 1 2 . Klinik sınaqların aparılması
Dərman vasitələrinin səmərəliliyini və təhlükəsizliyini müəyyənləşdirmək üçün
heyvanlar üzərində beynəlxalq qaydalara uyğun olaraq eksperimentlər və elmi
tədqiqatlar, habelə insanlar üzərində onların razılığıvə müvafiq icra hakimiyyəti
orqanının icazəsi ilə klinik sınaqlar aparıla bilər.
Klinik sınaqlar xüsusiləşdirilmiş müalicə-profilaktika müəssisələrində aparılır,
sınağın aparılma şərtləri pozulduqda, klinik sınaq, ona nəzarət edən müvafiq icra
hakimiyyəti orqanı tərəfindən dayandırıla bilər.
Klinik sınaq ən azı iki il farmakoloji vasitələrin klinik sınaq sahəsində təcrübəsi
olan həkim tərəfindən aparılır.
Yetkinlik yaşına çatmayanlar üzərində dərman vasitələrinin sınaqdan çıxarılması
valideynlərin və ya onları əvəz edən şəxslərin yazılı razılığı əsasında aparılır.
Klinik sınağın rəhbəri sınağın nəticəsi barədə, eləcə də sınaq zamanı pasiyentin
həyatı və sağlamlığı üçün təhlükə yaradan sınağı dayandırmaq şərti ilə bu haqda
müvafiq icra hakimiyyəti orqanına məlumat verir.
M a d d ə 1 3 . Dərman vasitələrinin idxalı və ixracı
Azərbaycan Respublikasında qeydiyyatdan keçən dərman vasitələrinin
idxalını və ixracını hüquqi şəxslər
qanunvericilikdə müəyyənləşdirilmiş qaydada
həyata keçirirlər.
Dərman vasitələrinin idxalı və ixracı müvafiq icra hakimiyyəti orqanının
müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
Azərbaycan Respublikasına gələn və xaricə gedən şəxslər şəxsi istifadə üçün
zəruri olan miqdarda dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.
M a d d ə 1 4 . Dərman vasitələrinin satışı
Azərbaycan Respublikasında dərman vasitələrinin satışını lisenziya əsasında fiziki
və hüquqi şəxslər həyata keçirirlər.
Dərman vasitələrinin topdansatışını müvafiq istehsal müəssisələri və aptek
anbarları, pərakəndə satışı isə apteklər, aptek məntəqələri və aptek köşkləri həyata
keçirir.
Aptek köşklərində reseptsiz buraxılan dərman vasitələri satılmalıdır.
M a d d ə 1 5 . Dərman vasitələrinin saxlanması və daşınması
Dərman vasitələrinin saxlanması, daşınması, anbarlara yığılması müəyyən
olunmuş temperatur, işıq rejimləri, rütubət və başqa tələblərə ciddi riayət
etməklə həyata keçirilir. Onların saxlanması və daşınmasıqaydasını müvafiq icra
hakimiyyəti orqanları təsdiq edirlər.
M a d d ə 1 6 . Dərman vasitələrinin markalanması
Azərbaycan Respublikasında istehsal olunan bütün dərman vasitələri müvafiq
sertifikata malik olmaqla markalanır. Hazırlanma tarixi və saxlanma müddəti yazılır.
Onların qablaşdırılması zamanı üst və içlik yazıları Azərbaycan və zəruri hallarda
digər dillərdə olur.
M a d d ə 1 7 . Dərman vasitələrinin yararsız hala düşdükdə məhv edilməsi
Dərman vasitələri yararsız hala düşdükdə sanitariya normalarına uyğun məhv
edilir,
onların
məhv
edilməsi
qaydasını müvafiq
icra
hakimiyyəti
orqanı müəyyənləşdirir.
M a d d ə 1 8 . Dərman vasitələrinin reklamı
Azərbaycan Respublikasında qeydiyyatdan keçməyən, tərkibində narkotik və
psixotrop maddələr olan, habelə reseptsiz buraxılmayan dərman vasitələrinin reklamı
qadağandır.
I I I f ə s i l
DƏRMAN VASİTƏLƏRİNİN KEYFİYYƏTİNƏ NƏZARƏT
M a d d ə 1 9 . Dərman vasitələrinin keyfiyyətinə və təhlükəsizliyinə nəzarət
Azərbaycan Respublikası ərazisində dərman vasitələrinin keyfiyyətinə və
təhlükəsizliyinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı:
vətəndaşların sağlamlığı üçün təhlükəsiz dərman vasitələrinin qəbul olunmasına
yönəldilən tədbirləri həyata keçirir;
bütün mərhələlərdə (dərman vasitələri üçün xammal tədarükü, dərman
vasitələrinin istehsalı, saxlanması, daşınması, satışı və qəbulu zamanı) dərman
vasitələrinin keyfiyyətinə nəzarəti həyata keçirir;
dərman vasitələrinə aid normativ-texniki sənədləri, dövlət standartlarını və sahə
normativ aktlarını ekspertizadan keçirir;
dərman vasitələrinin keyfiyyətinə və təhlükəsizliyinə nəzarət sahəsində beynəlxalq
əməkdaşlığı həyata keçirir və onların sınaqdan çıxarılmasına, istehsalına,
saxlanılmasına, daşınmasına və satışına nəzarət edir.
M a d d ə 2 0 . Dərman vasitələrinin dövlət standartları
Dövriyyəyə
buraxılan
dərman
vasitələrinin
keyfiyyəti
Azərbaycan
Respublikasının dövlət standartlarına uyğun gəlməlidir. Dərman vasitələrinin
standartlaşdırılmasını
Azərbaycan
Respublikasının
qanunvericiliyində
müəyyənləşdirilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
M a d d ə 2 1 . Dərman vasitələrinin keyfiyyətinə görə məs’uliyyət
Dövlət standartlarına uyğun dərman vasitələri istehsal edən hüquqi şəxslər
yararlılıq müddəti ərzində onların keyfiyyətinə, yüksək səmərəliyinə və e’tibarlığına
tə’minat verirlər.
Bu qayda ixrac olunan və Azərbaycan Respublikası ərazisində xarici lisenziya
ilə istehsal olunan dərman vasitələrinə də şamil edilir.
Aptekdə reseptlər əsasında dərman vasitələrinin hazırlanması və buraxılması
qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.
M a d d ə 2 2 . Dərman vasitələri bərasində gigiyena və sanitariya tələbləri
Dövriyyədə olan dərman vasitələri barəsində müvafiq icra hakimiyyəti orqanının
müəyyənləşdirdiyi gigiyena və sanitariya tələblərinə əməl olunmasına nəzarəti dövlət
sanitariya-epidemiologiya xidməti orqanları həyata keçirirlər.
I V f ə s i l
VƏTƏNDAŞLARA DƏRMAN YARDIMI
M a d d ə 2 3 . Vətəndaşların öz sağlamlığının qorunması, bərpası və
xəstəliklərin müalicəsi üçün dərman vasitələri almaq hüququ
Azərbaycan Respublikası vətəndaşlarının:
keyfiyyətli və təhlükəsiz dərman vasitələri almaq;
apteklərdən, müalicə-profilaktika və sanitariya-epidemiologiya idarələrindən
dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi barədə mə’lumat almaq;
dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi barədə rə’y almaq üçün
ekspertiza orqanlarına müraciət etmək hüququ vardır.
Dərman vasitələrini güzəştlə və pulsuz almaq hüququ olan vətəndaşların
kateqoriyaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir.
M a d d ə 2 4 . Dərman vasitələrinin tə’yin edilməsi
Dərman vasitələrinin tə’yin edilməsini xüsusi tibb təhsili olan və müxtəlif
mülkiyyət formalı səhiyyə müəssisələrində müalicə ilə məşğul olan, həmçinin xüsusi
praktika ilə məşğul olan həkimlr və ya feldşerlər müəyyənləşdirirlər.
Tə’sirindən və tə’yinatından asılı olaraq narkotik, güclü təsiredici və resept
əsasında buraxılan dərman vasitələrinin siyahılarını müvafiq icra hakimiyyəti orqanı
təsdiq edir.
Göstərilən siyahılara daxil olan dərman vasitələri həkimlər tərəfindən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi formada resept yazılması ilə təyin edilir və
bunların əsasında apteklərdən və aptek məntəqələrindən buraxılır.
Hər bir resept həkimin imzası və şəxsi möhürü ilə təsdiq edilir. Dərman
vasitələrinin adı reseptdə yalnız latın dilində yazılır.
Həkimlər və ya feldşerlər dərman vasitələrinin qeyri-adi tə’sirini qeydə almağa, bu
barədə müvafiq icra hakimiyyəti orqanına mə’lumat verməyə borcludurlar.
Konkret dərman vasitəsinin seçilməsi, tətbiqi üsulu, fərdi dozası və ondan istifadə
müddəti obyektiv klinik və klinik-farmakoloji göstəricilərə əsaslanır və başqa dərman
vasitələrinin eyni vaxta qəbulu zamanıonların əlavə və qarşılıqlı tə’sirləri nəzərə
alınır.
M a d d ə 2 5 . Vətəndaşlara dərman vasitələrinin buraxılması
Vətəndaşlara dərman vasitələri əczaçılıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi
şəxslər tərəfindən buraxılır.
“Narkotik dərman vasitələri” və “Güclü təsiredici dərman vasitələri” siyahılarında
olan dərman vasitələri müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi
reseptlər üzrə buraxılır.
Yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydasını
müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
Apteklərdə və aptek anbarlarında müvafiq icra hakimiyyəti orqanının
müəyyənləşdirdiyi və təsdiq etdiyi “Həyat əhəmiyyətli və tə’cili hallarda istifadə
olunan dərman vasitələri” siyahısında göstərilmiş dərman vasitələrinin olması
məcburidir.
Aptek təşkilatlarında dərman vasitələri və onların istehsalında istifadə olunan
kimyəvi və başqa maddələr, tibb ləvazimatları, ətriyyat-kosmetika, şəxsi sanitariya-
gigiyena malları istisna olmaqla, digər malların satılması qadağandır.
Resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz
buraxılması qadağandır.
M a d d ə 2 6 . Aptek təşkilatlarında tibbi yardım
Aptek təşkilatlarında xəstə qəbul etmək qadağandır. Yalnız həyat üçün təhlükəli
olan hallarda əczaçılıq müəssisəsinə gətirilən şəxslərə ilk tibbi yardım göstərilə bilər.
M a d d ə 2 7 . Gecə vaxtı, bayram və bazar günləri dərman vasitələri ilə
təminat
Gecə vaxtı, bayram və bazar günləri vətəndaşların dərman vasitələrinə tələbatını
ödəmək məqsədilə apteklərin iş rejimi onların yerləşdiyi ərazinin müvafiq icra
hakimiyyəti orqanı ilə razılaşdırılır.
V f ə s i l
ƏHALİYƏ DƏRMAN YARDIMININ MALİYYƏLƏŞDİRİLMƏSİ
M a d d ə 2 8 . Əhaliyə dərman yardımının maliyyələşdirilməsi
Əhaliyə dərman yardımının maliyyələşdirilməsi:
dövlət büdcəsinin və yerli büdcələrin vəsaiti;
tibbi sığorta fondlarının vəsaiti;
hüquqi və fiziki şəxslərin könüllü ianələri;
xarici dövlətlərin və beynəlxalq təşkilatların xeyriyyə yardımları;
istifadəsi qanunvericiliyə zidd olmayan digər vəsaitlər hesabına həyata keçirilir.
M a d d ə 2 9 . Əhaliyə dərman yardımının maliyyələşdirilməsinə yönəldilmiş
vəsaitdən istifadə
Əhaliyə dərman yardımının maliyyələşdirilməsinə yönəldilmiş vəsait:
həyat əhəmiyyətli dərman vasitələrinin, habelə onların istehsalının yeni
texnologiyalarının və substansiyalarının əldə edilməsinə;
yeni, səmərəli dərman vasitələrinin aşkar olunması üzrə elmi tədqiqatların
inkişafına;
əczaçılıq sənayesinin inkişafı üzrə məqsədli proqramların həyata keçirilməsinə;
müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada pulsuz və ya
güzəştli şərtlərlə dərman vasitələri buraxılmasına və iqtisadi cəhətdən qeyri-rentabelli
dərman vasitələrinin buraxılmasına çəkilən xərclərin ödənilməsinə;
əczaçılıq fəaliyyəti ilə məşğul olan təşkilatların maddi-texniki və xammal
bazasının inkişafına;
fövqəladə vəziyyət üçün nəzərdə tutulan dərman vasitələrinin dövlət ehtiyatının
yaradılmasına sərf olunur.
V I f ə s i l
YEKUN MÜDDƏALARI
M a d d ə 3 0 . Dərman vasitələri istehsal edən müəssisələrdə və aptek
təşkilatlarında təftiş və uçot qaydası
Dərman vasitələri istehsal edən müəssisələrdə və aptek təşkilatlarında təftiş və
uçot Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada
aparılır.
M a d d ə 3 1 . Əczaçılıq fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına
görə məsuliyyət
Əczaçılıq fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına görə fiziki
və hüquqi şəxslər
Azərbaycan
Respublikasının
qanunvericiliyində müəyyən
edilmiş qaydada məs’uliyyət daşıyırlar.
M a d d ə 3 2 . Beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə bu Qanunda
müəyyən edilmiş qaydalardan fərqli qaydalar müəyyən olunduqda beynəlxalq
müqavilələrin qaydaları tətbiq edilir.
Heydər ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 noyabr 1996-cı il.
№ 189-IQ.
Dostları ilə paylaş: |