etdiyi rəsmi səfərdən sonra narahatlığını ifadə edir BAKI / CENEVRƏ (26 may 2016) - Bü gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Özbaşına Saxlnma üzrə İşçi Qrupn əlilliyi, xüsusi ilə psixo-sosial və əqli əlilliyi olan şəxslərin müvafiq müəssisələrə yerləşdirilməsindən və Azərbaycandakı cinayət mühakiməsi sistemindən narahatlığını ifadə etmişdir.
“Əlilliyi olan şəxslərin qapalı müəssisədə saxlanılması ümumiləşib və sözügedən şəxslərin cəmiyyətdən təcrid edilməsi mənasını kəsb edir ki, bu da onların cəmiyyətə yenidən qovuşmaq imkanlarını azaldır, insan hüquqlarına dair beynəlxalq standartların pozulduğu və hazırda göründüyü kimi həmin şəxslərin ömürlük cəzasına yol açan vəziyyətdən xəbər verir” – deyə Azərbaycanda azadlıqdan məhrumetmənin vəziyyətini qiymətləndirmək məqsədilə ölkəyə ilk səfərinin sonunda İşçi Qrupun nümayəndə heyəti bildirmişdir. 16-25 may tarixlərində on gün davam edən səfər çərçivəsində insan hüquqları üzrə ekspertlər və İşçi Qrupun sədri və sədr müavini – müvafiq olaraq Setonci Roland Adcovi və Xose Qevara 25 saxlanma yeri və müəssisələrə baş çəkmiş, həbsdə saxlanılanlar və pasient olan 80-dən çox şəxslə müsahibə aparmış, habelə Bakı, Gəncə və Naxçıvan şəhərlərində rəsmilər, vətəndaş cəmiyyəti nümayəndələri və digər maraqlı tərəflərlə görüşlər keçirmişdir. Ekspertlər əlilliyi olan şəxslərin saxlandığı yerlərdə məcburi müalicəyə cəlb olunmasını qeyd etmişdirlər: “Göründüyü kimi, qanunvericilikdə təsbit olunan məhkəmə nəzarəti reallıqda sözügedən şəxslər tərəfindən müalicənin mübahisələndirilməsinə her bir imkan yaratmır.” “Dəyişikliklərə ehtiyac vardır və İşçi Qrup, əlilliyin cəmiyyətdə “damğalanmasını” aradan qaldırmaq üçün müvafiq tədbirləri görməklə bu dəyişikliyin qanunvericilik çərçivəsi vasitəsilə dövlət səviyyəsində, həmçinin ictimai səviyyədə baş tutmalı olduğunu etiraf edir. Əlilliyi olan şəxslər cəmiyyətə qaytarılmalı və öz hüquqlarından tam şəkildə istifadə etməlidirlər.” Cinayət mühakiməsi sisteminə gəldikdə isə, İşçi Qrup əsas insan hüquqları ilə bağlı qanunçuluq prinsipi, ittihamlarla bağlı dərhal məlumatlandırılmaq hüququ, öz seçimi ilə müdafiəçi ilə təmin olunma hüququ, saxlanılmasına qarşı çıxış (etiraz) etmək hüququ, işgəncə və pis rəftarın bütün formalarının qadağan olunması kimi genişsəpkili pozuntuları müşahidə etmişdir. İşçi Qrup qanuna zidd davranan uşaqlarla (yetkinlik yaşına çatmayanlarla) rəftardan da narahatdır. “Onların həbsdə saxlanılmasının ən son vasitə olmasına baxmayaraq bir çox yetkinlik yaşına çatmayan hətta az ağır cinayətə görə sanki avtomatik qaydada həbsə alınma ilə üzləşir. Bundan əlavə, müxtəlif həbsdə saxlanılma yerlərində məruz qaldıqları bərbad saxlanılma şəraiti onların sonrakı reabilitasiyasına və yenidən təhsilə qayıtmasına dərin və mənfi təsir göstərə bilər.” İşçi Qrupunun ekspertləri “bəzi inzibati xətaların qeyri-müəyyən olmasından, həmin xətalar üzrə tətbiq olunan qeyri-mütənasib cəzalardan narahatlığını” ifadə etmişdir. Nəhayət, İşçi Qrupu hüquq müdafiəçiləri, jurnalistlər və siyasi opponentləri susdurmaq məqsədilə cinayət mühakiməsinin alətə çevrilməsi təmayülünü müşahidə etmişdir. Onlar qeyd edir: “Bu sırada ilk ağla gələn İlqar Məmmədov, Xədicə İsmayılova və Zeynəlabdin Bağırzadədir. Bü gün Ali Məhkəmənin qərarı ilə Xədicə İsmayılova şərti olaraq azad olunmuşdur və bu hal tərəfimizdən tam təhlil olunacaqdır. Lakin, Rəşad Ramazanov və Nicat Əliyev də onların sırasındadır.” Ekspertlər həmçinin demişdir: “Bu siyahı Vəkillər Kollegiyasının intizam tədbirləri də daxil olmaqla, müxtəlif hədə-qorxulara məruz qalan sözü gedən şəxslərin vəkillərini də əhatə edir.”
İşçi Qrupunun ekspertləri kütləvi etiraz və azad toplaşmaq hüququ üzrə getdikcə daha da məhdudlaşdırıcı normalar istisna olmaqla, mövcud qanunları təkmilləşdirmək və onları beynəlxalq insan hüquqları standartlarına uyğunlaşdırmaq istiqamətində Hökümətin səylərini qeyd edir. Yekunda İşçi Qrupu əlavə etmişdir: “İşçi Qrupu özünün Azərbaycana səfərə dəvət olunması təşəbbüsünü Hökümətin nəzərdə tutduğu islahatların başlanğıc nöqtəsi olduğunun fərqindədir. Belə bir təqdirəlayiq yolda Hökuməti və Azərbaycan xalqını müşayiət etmək bizim üçün şərəfli və sədaqətli bir vəzifədir və biz missiya zamanı başladılan dialoqu davam etdirəcəyik.”
BMT-nin Özbaşına Saxlanma üzrə İşçi Qrupu Azərbaycana etdiyi səfərin nəticələrinə dair yekun hesabatını 2017-ci ilin sentyabr ayında BMT İnsan Hüquqları Şurasına təqdim edəcək. SON
İşçi Qrupu dünyanın müxtəlif bölgələrini təmsil edən beş müstəqil ekspertdən ibarətdir: Baş Məruzəçi c-b Setonci Roland Adcovi (Benin); Kommunikasiyalar üzrə Sədrin Müavini c-b Xose Qevara (Meksika); İzləmə üzrə Sədrin Müavini x-m Li Tumi (Avstraliya); c-b Seonq-Fil Honq (Koreya Respublikası) və c-b Vladimir Toçilovski (Ukrayna).
Ekspert qrupu azadlıqdan iddia edilən özbaşına məhrum etmə hallarını araşdırmaq üçün 1991-ci ildə İnsan Hüquqları Komissiyası tərəfindən yaradılmışdır. Sığınacaq axtaran şəxslər və köçkünlərin inzibati saxlama hallarını əhatə etmək üçün 1997-ci ildə Komissiya Qrupun mandatını dəqiqləşdirilib və uzadılmışdır. 2013-cü ilin sentyabrında İnsan Hüquqları Şurası İşçi Qrupunun mandatını təsdiq etmiş və daha üç il müddətinə uzatmışdır. Daha ətraflı məlumat: http://www.ohchr.org/EN/Issues/Detention/Pages/WGADIndex.aspx Özbaşına Həbslər üzrə İşçi Qrupun Məlumat bazası ilə tanış olun: http://www.unwgaddatabase.org/un/ İşçi Qruplar İnsan Hüquqları Şurasının Xüsusi Prosedurları kimi tanınan alətin bir hissəsidir. BMT-nin İnsan Hüquqları sistemində müstəqil ekspertlərin ən böyük orqanı hesab olunan Xüsusi Prosedurlar Şuranın müstəqil faktaraşdırıcı və monitorinq mexanizmlərinin ümumi adıdır. Xüsusi Prosedurlar üzrə mandat sahibləri dünyanın hər bir yerində ölkəyə xas olan halları və ya tematik məsələləri həll etmək üçün İnsan Hüquqları Şurası tərəfindən təyin olunan müstəqil insan hüquqları ekspertləridir. Onlar BMT-nin əməkdaşı deyil və istənilən dövlət və ya təşkilatlardan müstəqildirlər. Onlar ekspert qismində xidmət göstərir və bu iş üçün maaş almırlar. BMT İnsan Hüquqları, Ölkə üzrə səhifə - Azərbaycan: http://www.ohchr.org/EN/countries/ENACARegion/Pages/AZIndex.aspx Daha ətraflı məlumat və mətbuat sorğuları üçün aşağıdakı əməkdaşla əlaqə saxlayın:
Səfər zamanı: Ruslan İsmayıl-zadə (ruslan.ismayilzada@undp.org)
Səfərdən əvvəl və sonra: Odri Rinaldi (+41 22 917 92 25) və Margarita Neçayeva (+ 41 22 928 94 62) və yaxud wgad@ohchr.org ünvanına məktubla müraciət edin. Xəbər saytları və sosial media üçün:BMT-nin İnsan Hüquqları üzrə aşağıda adları göstərilən sosial media kanallarında mətbuat üçün açıqlamalarmızdakı multimedia məzmunu və əsas ismarıclarımız yerləşdirilib:
Müvafiq işarələrdən istifadə edərək bizi qeyd edin: