Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur:
aksizli mallar istehsal edən şəxslər;
kredit və sığorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar;
qeyri-dövlət pensiya fondları;
əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər;
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri;
mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə (məcəllənin 218.1.2-ci, 218.1.3-cü və 218.4-cü maddələrində göstərilən şəxslər istisna olmaqla) qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər