Fəaliyyət növünün adı
|
Sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ
(manatla)
|
Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət
|
30
|
Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət
|
30
|
Çəkməçi, pinəçi
|
5
|
Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri
|
10
|
Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji işlər
|
10
|
Nəqqaşlıq emalatxanalarının fəaliyyəti
|
20
|
Yuxarıda göstərilən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:
Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;
Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində – 1,0;
digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5;
Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.
Dostları ilə paylaş: |