Uşaq kitabxanalarının vəzifələri Uşaqların, yeniyetmələrin, mütaliəyə rəhbərlik edənlərin və kitabxanadan istifadə etmək istəyən digər vətəndaşların informasiyadan və sənədlərdən sərbəst istifadə etmək imkanını, onların bəşər fəaliyyətinin bütün sahələrində milli və dünya mədəniyyətinin nailiyyətləri ilə tanış olmasını təmin etmək;
əhatə etdiyi ərazidəki bütün yaşayış mətəqələrində uşaqlara və yeniyetmələrə, o cümlədən orta ümumtəhsil məktəblərinin şagirdlərinə kitabxana və informasiya xidmətini həyata keçirmək;
oxuculara kitabxana xidmətinin təşkilində kitabxana sahəsinin bütün mütərəqqi formalarından istifadə etmək;
oxucu sorğuları nəzərə alınmaqla fondun komplektləşdirilməsini təmin etmək;
Fondlarını gələcək nəsillər üçün qoruyub saxlamaqla bəşəriyyətin məcmu mədəniyyətinə töhvə vermək;
“İnternet” sistemi vasitəsilə respublika və xarici ölkələrin kitabxanaları ilə işini əlaqələndirmək;
Fondun qiymətli nəşrlərinin üzə çıxarılması, uçotu və mühafizəsi ilə məşğul olmaq;
Kitabxananın inkişafı və modernləşdirilməsinə dair layihələr və planlar hazırlamaq.