Sual - cavab gecələri.
Məlumdur ki, sual – cavab gecələri müxtəlif mövzularda təşkil edilir. Məs: incəsənət, vətənpərvərlik, estetik tərbiyə, ekoloji tərbiyə, mütaliə, mənəvi əxlaqi tərbiyə, beynəlmiləl tərbiyə və s. Sual – cavab gecəsini təşkil etdikdə kitabxanaçı qarşısına məqsəd qoymalıdır. Bu sual-cavab gecəsində iştirak edən Azərbaycanımızın gələcəyi olan uşaqlar bu gecədən nə kimi biliklər əldə etdilər. Uşaq kitabxanalarında kütləvi tədbirlər kitabın, elektron nəşrlərin və digər çap məhsullarının geniş oxucu kütləsi içərisində təbliğ edilməsində xüsusi rol oynayır. Kütləvi tədbirlərin təsiri ilə kitabxanaya yeni-yeni oxucular cəlb edilir. Hər bir kütləvi tədbir oxucularda müəyyən bir mövzu haqqında konkret təsəvvür yaradır, həmin mövzularda gedən müzakirələrin iştirakçısına çevirir, bununla bağlı mövcud ədəbiyyatla tanış edir. Kütləvi işin mərkəzində daim kitab durur.
Dostları ilə paylaş: |