AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİYYƏT VƏ
TURİZM NAZİRLİYİ
Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodiki və biblioqrafiya şöbəsi
Uşaq kitabxanalarında kütləvi tədbirlərin forma və təkili
(Metodiki vəsait)
Qazax 2016
Tərtib edən: Fatma Hüseynova –metodika və biblioqrafiya şöbəsinin müdiri
Redaktor: Solmaz Babanlı- MKS-in direktoru
Komputer S. Cəfərova- İnformasiya – resurs şöbəsinin müdiri, Günel Yusifova
Dizayn: V.Alməmmədova. İnformasiya-resurs şöbəsində proqramçı
fəaliyyət göstərən sərgilərdir ki, onlar vətən-pərvərlik tərbiyəsi və istifadəçilərin ekoloji maarifləndirilməsi çərçivəsində realizə olunur.
Müasir cəmiyyətdə elm və texnikanın sürətlə inkişaf etməsi onun bütün fəaliyyət sahələrinə tətbiqini tələb edir. Bu baxımdan müasir kitabxanalar da informasiya texnologiyaları olmadan lazımi səviyyədə inkişaf edə bilməz.
İnternet həm də kitabxanaların yeni informasiya resursları ilə zənginləşməsini təmin edir. İnternet və on-line xidmətləri kitabxanalara onların informasiya ehtiyatlarından və məlumat bazalarından ölkədən kənarda da istifadə olunmasına şərait yaradır. Yaradılmış məlumat bazaları istifadəçinin maraqları üçün onun informasiyaya olan tələbatını ödəyə bilən dəyərli mənbə olmalıdır. Kitabxana xidmətində kompyuter texnologiyalarının istifadəsi bir neçə istiqamətdə ola bilər: - sərgi fəaliyyəti; - nəşriyyat fəaliyyəti (CD və digər elektron nəşrlər); - on-line rejimində kitabxana xidməti. Kompyuter texnologiyalarının kitabxanaların sərgi fəaliyyətində istifadə olunmasının yüksək effektivliyi bir sıra obyektiv amillərlə şərtlənir. Bu şərtlərə aiddir: - sərgi materiallarının ənənəvi olmayan təqdimatı; - əyanilik; - materialın strukturlaşdırılması.
Elektron sərgi ənənəvi (kitab) və yeni (elektron) qaydaların sintezində informasiyanın təqdim olunma üsuludur. Elektron kitabxana sərgisini kitabxananın saytında yerləşdirmək olar. Bu gün uşaq kitabxanalarında daim həyat qaynayır, uşaqların dünyagörüşlərinin formalaşması, mütaliəyə cəlb olunması ilə bağlı daha maraqlı işlər keçirilməsi üçün elmi tədqiqat işləri aparılır, sorgular keçiririlir. İnformasiya təminatı istiqamətində faəliyyətinin səmərəsinin artırılması, inkişafı və təkmilləşdirilməsi məqsədilə günün tələbləri səviyyəsində mütərəqqi iş üsullarından istifadə edilir.
yaranır; 2. Milli-mənəvi dəyərlər, vətənpərvərlik, vətənə və хalqa məhəbbət idеyalarını əks еtdirən əsərlərin məqsədyönlu təbliği bu gün daha çох aktuallıq kəsb еdir; 3. Azərbaycan tоrpaqlarının bir hissəsi еrməni işğalçılarının tapdağı altında qaldığından gənc nəsil hərbi vətənpərvərlik duyğuları aşılayan bədii əsərlərlə müntəzəm tanışlığa ehtiyac duyur; 4. Dövlət başçısının fərmanları ilə yubilеyi keçirilən şair və yazıçıların ayrı-ayrı mövzular üzrə təbliği daha böyük səmərə vеrə bilər. Nümunə üçün “Azərbaycanın müstəqilliyi əbədidir”, “Milli mənəvi dəyərlərimizi qоrumaq hər birimizin müqəddəs bоrcudur”, “Azərbaycan bu gün”, “Sənin Kоnstitusiyan – sənin hüququn”, “Vətən tоrpaqları bizi gözləyir”, “Biz tоrpaqlarımıza qayıdacağıq”, “Tariхi rоmanlarımız”, “Kоmеdiyalar aləmində”, “Pоеziya dünyası”, “Satira güzgüsündə”, “Nağıllar aləminə səyahət”,”Sənin maraq dünyan”, “Sənin hüquqların səni qoruyur”, “Torpaq əgər uğrunda ölən varsa Vətəndir!”,“Macəralar aləminə səyahət” və s. başlıqlarla sərgilər təşkil etmək olar.
Mövzuların müxtəlifliyinə görə sərgiləri aşağıdakı kimi qruplaşdırmaq olar: 1. Yeni daxil olan ədəbiyyatın universal sərgiləri; 2. Beynəlxalq və ölkə daxilində baş verən mühüm hadisələrə həsr edilmiş mövzu sərgiləri; 3. Əlamətdar və tarixi günlərə həsr edilmiş mövzu sərgiləri; 4. Ölkəşünaslıq xarakterli sərgilər (ildə 1 dəfə) və s. Mövzuya müvafiq olaraq eyni zamanda mövzunun tam əhatə olunması üçün jurnal və qəzet məqalələrindən də kifayət qədər istifadə olunmalıdır.
Dostları ilə paylaş: |