Ədəbiyyat siyahısı



Yüklə 34,7 Kb.
səhifə2/3
tarix26.05.2022
ölçüsü34,7 Kb.
#59640
1   2   3
tsesr

Dövlət: mərkəzi dövlət orqanı, yerli icra orqanı və ya bələdiyyələr tərəfindən yaradılması təklif edilən, qurulan və idarə olunan məhəllələr;

  • Özəl: şirkət, kooperativ və ya sənayeçilər assosiasiyası tə- rəfindən yaradılan məhəllələr;

  • Dövlət-özəl: dövlət tərəfindən yardım göstərilməklə şirkət, kooperativ və ya sənayeçilər assosiasiyası tərəfindən yaradılan məhəllələr.

    1990-cı illərdən başlayaraq ayrı-ayrı ölkələrdə özəl sektor tərəfindən yaradılan və idarə olunan sənaye məhəllələrinin sayı artmaqdadır. Buna baxmayaraq, sənaye məhəlləsi üzrə layihələrin təşkili dövlət dəstəyi olmadan mümkün deyildir. Belə ki, torpaq üzərində mülkiyyət hüquqlarının müəyyən edilməsi, planlaşdır- ma, ətraf mühit məsələləri və s. məsələlərdə sənaye məhəllələri- nin yaradılması dövlətin iştirakını ön plana çıxarır.
    Dünya təcrübəsində istehsal təyinatlı obyektlərlə təminatına görə sənaye məhəllələri 5 qrupa bölünür:

    • sifarişlə tikilən obyektlər yerli sənaye müəssisələrin sifarişi ilə tikilən anqarlar;

    • standart layihələrlə yanaşı, xüsusi sifarişlə tikilən anqarlar;

    • bir neçə ölçüdə tikilən anqarlar bu tip sənaye məhəllələri adətən kiçik həcmli istehsalı təşviq etmək üçün qurulur və burada sənaye müəssisəsinə bir neçə tipik standart binadan seçim imkanı verilir;

    • bir neçə standart anqar və yeni anqarların tikilməsi üçün hazır olan torpaq sahələri – bu tip sənaye məhəllələrində orta böyük həcmli sənaye müəssisələrinin qurulması təş- viq olunur;

    • yalnız yeni anqarların tikilməsi üçün hazır olan sahələri – bu tip sənaye məhəllələrində müvafiq məhəllə qaydalarına uyğun olaraq sənaye müəssisəsi öz bina qurğularını tikir.

    Sənaye məhəllələrində bir sıra ölkələrdə infrastruktur (elek- trik, qaz, kanalizasiya, bina və qurğular və s.) və idarəetmə xid- mətlərindən əlavə olaraq digər stimullaşdırıcı üstünlüklər təqdim

    edilir. Bu üstünlüklərin sayı və tətbiq edilmə müddəti ölkədə apa- rılan ümumi iqtisadi və sənaye siyasətindən asılı olub ölkədən öl- kəyə fərqlənir.
    Bəzi ölkələrdə təklif olunan stimullaşdırıcı üstünlüklər aşağıdakı kimidir:

    • aşağı faizlə uzun qısa müddətli kreditlər;

    • hazır müasir bina (anqar) qurğuların kirayəsi üzrə subsidiyalar;

    • su elektrik enerjisi üzrə subsidiyalar;

    • rabitə xidmətləri üzrə subsidiyalar;

    • vergi güzəştləri;

    • məhəlləyə giriş üzrə pəncərə sistemi;

    • istehsal sahələrinin, avadanlığın xidmətlərinin birgə isti- fadəsi;


    • Yüklə 34,7 Kb.

      Dostları ilə paylaş:
  • 1   2   3




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin