Ədəbiyyatşünaslığın obyekti və predmeti



Yüklə 56,54 Kb.
səhifə3/3
tarix17.06.2022
ölçüsü56,54 Kb.
#61650
1   2   3
\'d\'biyyat

Üslub (stil) sözünün lüğəvi mənası üsul, tərz deməkdir. Ancaq ədəbiyyatşünaslıqda və incəsənətdə üslub, stil daha geniş anlayışı ifadə edir. Üslub müxtəlif sənət adamlarının yaradıcılığında özünü göstərən fərdi, fərqləndirici sənətkarlıq komponentlərinin vəhdəti nəticəsində əmələ gəlir.
Dilçilik baxımından qruplaşdırılan hər bir üslubun - rəsmi-əməli, elmi, publisistik, bədii üslubun özünəməxsus xüsusiyyətləri vardır. Bütün yazıçılar öz əsərlərini bədii üslubda yazırlar. Bədii üsluba məxsus bütün keyfiyyətləri onların yaradıcılıq nümunələrində asanlıqla müşahidə etmək mümkündür. Ancaq bütün bunlara baxmayaraq, hər bir sənətkarın da özünəməxsus fərdi üslubu vardır. Bu baxımdan bədii üslubun daxili strukturu zəngin, rəngarəngdir.
Geniş mənada üslub bədii metod anlayışına yaxındır, bəzən eyniyyət təşkil edir. Nəzəriyyə kitablarında romantik üslub, realist üslub sözlərinin işlədilməsi də bu deyilənləri təsdiq edir. Müxtəlif ədəbi cərəyanları, ədəbi məktəbləri təmsil edən sənətkarların üslubu arasında da bir yaxınlıq olur. Ancaq bütün bu ümumi cəhətlərə baxmayaraq, hər bir sənətkarın özünəməxsus yazı manerası, fikrini ifadə etmə üsulu vardır. Özü də bu üsul əvvəlcədən hazırlanıb, bədii əsər yazarkən tətbiq olunmur, yaradıcılıq prosesi zamanı yavaş-yavaş özünü göstərir, formalaşıb sistem halını alır.
Bütün sənətkarların özünəməxsus fərdi üslubunun olmasını nəzərdə tutan Qabrecl Qarsia Markesin fıkrincə, hər bir yazıçı bütün ömrü boyu yalnız bircə kitab yazır.
"Üslub - bu, hər şeydən əvvəl, insandır" qənaəti də elə belə yaranmayıb. İnsan sosial varlıq olsa da, fərdi keyfiyyətlərsiz o, şəxsiyyət kimi formalaşa bilməz. Unutmaq lazım deyil ki, hər bir insan özlüyündə fərddir, sənətkar da insandır. Onun üslubunun bənzərsizliyini təmin edən də məhz bu amillərdir. Ancaq bütün bu deyilənlər ədəbi mühitin sənətkar üslubunun formalaşmasında təsirini istisna etmir.
Eyni ədəbi metodla əsərlər yazan, eyni mühitdə yaşayan, eyni əqidəli sənətkarlar belə bir-birinə bənzəmir. Yaradıcılığa bu bənzərsizliyi verən isə sənətkarların fərdi yaradıcılıq üslubudur. Məsələn, A. Puşkin, L.Tolstoy, C. Məmmədquluzadə, M. Ə. Sabir tənqidi realizmin nümayəndələri olsalar da, onların heç birinin fərdi yaradıcılıq üslubu bir-birinə bənzəmir.
Bədii əsərdə adi bədii təsvir vasitələrindən, detaldan, ştrixdən tutmuş kompozisiyaya qədər bütün elementlərin vəhdəti sənətkarın üslubunu formalaşdırır. Yazıçılar eyni konkret mövzuda, hətta eyni süjet əsasında əsərlər yazsalar belə, onların üslub fərdiyyəti asanlıqla bir-birindən seçilir. Qələm sahiblərinin üslub fərdiyyəti özünü eyni ilə onların digər əsərlərində də göstərir. Elə buna görə də fərdi üslub sənətkarın bir əsərini digər əsərləri ilə müqayisəli şəkildə araşdırmağa imkan verir.
Mövzu sənətkarın bədii üslubunu müəyyənləşdirməkdə aparıcı rol oynamasa da, gərəksiz, əhəmiyyətsiz də deyildir. Ona görə ki, hər yazıçının özünəməxsus sevimli mövzuları olur. Biri təbiətdən, biri ziyalıların, digəri fəhlələrin, sadə peşə adamlarının, biri gənclərin, digəri uşaqların həyatından, biri kənddən, digəri şəhərdən yazmağı xoşlayır.
Bədii üslubun da ümumi və fərdi cəhətiəri olur. Tutalım, romantik üslubda yazan sənətkarları həyata romantik baxış birləşdirirsə, onların fərdi qabiliyyətləri - süjet, xarakter yaratmaq ustalığı, bədii təsvir vasitələrindən hansı şəkildə istifadə etmək bacarığı əhəmiyyətli dərəcədə bir-birindən seçildiyi kimi, orijinal sənətkarların fərdi üslubu da bənzərsizdır. Eyni ədəbi cərəyana, ədəbi məktəbə mənsub yazıçıların müxtəlif fərdi üslubda əsərlər yazmaları da qanunauyğun haldır. Bunun da əsl səbəbini fərdi üslubda axtarmaq lazım gəlir.
Sənətkarlar müxtəlif ədəbi metodlardan istifadə etsələr də, müxtəlif dövrdə yaşasalar da, bəzən elələri olur ki, yazı manerası, üslub etibarilə bir-birinə yaxın olurlar. Məsələn, Puşkinlə S. Vurğunun, Qoqolla C. Məmmədquluzadənin, V. Mayakovski və N. Hikmətlə R. Rzanın yaradıcılıq üslubları arasında bir yaxınlıq, oxşarlıq vardır.
Bədii metod sənətkarlan bir-birinə yaxınlaşdırırsa, fərdi üslub onları əhəmiyyətli dərəcədə ayırır, fərqləndirir. Sənətkarların fərdi yaradıcılq üslubları heç də bədii metoddan az əhəmiyyət kəsb etmir. Yazıçının, şairin, dramaturqun müntəzəm, sistemli şəkildə bu və ya digər əsərlərində istifadə etdiyi bütün bədii təsvir üsullarının, forma elementlərinin vəhdəti onun bədii üslubunu yaradır. Biz müəllifi məhz onun fərdi üslubu vasitəsi ilə tanıya bilirik.



  1. Estetizm cərəyanı

XIX əsrdə Avropada yayılmış, ədəbiyyat və incəsənətdə ideya-məzmuna deyil, zahiri formalara, gözəlliyə həddindən artıq önəm verən estetizm (yun. aisthetiko – hiss edən, həssas) fəlsəfi cərəyanı yarandı.Estetizm tərəfdarları – rəssam və yazıçılar hesab edirdilər ki, bədii əsər insana, sadəcə, estetik zövq, həzz verməli, onu hansısa mənəvi dəyərlərlə yormamalıdır. Onlar ədəbiyyatın intellektual, didaktik və tərbiyəvi əhəmiyyətini rədd edir, “sənət sənət üçündür” şüarı ilə çıxış edirdilər. Estetlərin fikrincə, təbiət və cəmiyyət incəsənətlə müqayisədə kobud və çiy materialdır; onu əsərlərdə əks etdirməyə dəyməz, ədəbiyyat və incəsənət əsərləri yalnız öz bədiiliyi, obrazlılığı ilə gözəldir. Belə bir fikir var ki, estetizm cərəyanı yazıçı Oskar Uayld üzərində məhkəmə işindən sonra tənəzzül etməyə başladı. Belə ki, bu məhkəmədə estetlərin sevimli “Dorian Qreyin portreti”nin müəllifi O.Uayld öz cinsindən olan adamlarla seksual əlaqədə günahlandırılırdı.

  1. Aristotelin “Poetika” əsərinin dünya ədəbiyyatşünaslığı üçün əhəmiyyəti

  2. Bədii təhkiyə və təhkiyəçi

  3. Dadaizm cərəyanı

Qərbi Avropa ədəbiyyatı və rəssamlığında modernist cərəyan. Birinci dünya müharibəsi illərində İsveçrədə yaranmış, Fransa və Almaniyada geniş yayılmışdı. Dadaistlər burjua ədəbiyyatı və incəsənətinə qarşı çıxsalar da, alogizmi (fikir və forma pərakəndəliyinin yaradıcılıq prosesində əsas götürülməsi) əsas sayır, ideyalılığı, obrazlılığı inkar edirdilər.
T.Tsara, R.Gülzenbek, Q.Alp dadaistlərin ən görkəmli nümayəndələridir. XX əsrin 20-ci illərində dadaistlər başqa dekadent cərəyanlara qoşulmağa başladılar. J.Qross və C.Hartfild bu qəbildən olan dadaistlərdən idilər.

  1. Bədii obrazın yaradılmasında yazıçı təxəyyülünün rolu

  2. Müəllif mövqeyini əsas götürən nəzəri məktəblər

  3. Horatsinin «Poeziya elmi» mənzum traktatı

  4. Ədəbiyyatşünaslıq elminin əsas sahələri

Ədəbiyyatşünaslıq əhatəli və tutumlu sahədir, ədəbiyyatdan, onun qanunauyğun inkişafından və spesifik xüsusiyyətlərindən bəhs edan elmdir. Ədəbiyyatşünaslıq bədii əsərin elmi-metodoloji dərkinə və qiy mətləndirilməsinə, ədəbi-tarixi hadisələrin öyrənilməsinə, ənənə və təcrübənin ümumiləşdirilməsinə kömək edir; cavan filoloqu sənətkarın yazı laboratoriyasını və yaradıcılıq konsepsiyasını, ədəbi məktəbləri, cǝrǝyan, üslub və metodları, bütövlükdə ədəbi prosesi tarixən hǝrǝ kətdə dərkə istiqamətləndirir. Çox geniş bir saha adabiyyatşünaslıq bir-birini tamamlayan, bir-birini zənginləşdirən üç müstəqil şöbəyə ayrılır: ədəbiyyat tarixi, ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsi.]
ƏDƏBİYYAT TARİXİ
Hər xalqın özünün yazılı və şifahi ədəbiyyatı, demək, ədəbiyyat tarixi vardır. Ədəbiyyat tarixi milli-mə'nəvi sərvətdir, bədii-tarixi sal namədir, "xalq həyatının güzgüsü", "xalqın şüuru" (Belinski) və onun bədii təfəkkür tarixidir; ədəbiyyatşünaslığın geniş və əhatəli sahələrin dan biridir
Bütün xalqların ədəbiyyat tarixi milli bədii sərvətə əsaslanır, onu sistemləşdirir, ümumiləşdirir, ədəbi qanunauyğunluqları xalqın tarixi, dövrlərin iqtisadi va ictimai-siyasi mənzərəsi ilə vəhdətdə öyrənir. La kin ədəbiyyat tarixi milli məhdudluq, milli çərçivə deyildir. O nə qədər milli spesifik xüsusiyyət daşısa da, bütün dövrlərdə bir o qədər bəşəri, humanist və vətənpərvər səciyyə daşımış, xalqların ədəbiyyatı ideya fikri baxımdan bir-birini tamamlamış, ədəbiyyatlar qarşılıqlı tə'sir, qarşılıqlı zənginləşmə prosesində inkişaf tapmışdır. Buna görə də dünya ədəbiyyatı tarixi xalqlar ədəbiyyatının cəmindən, bir-birinə qo vuşmasından əmələ gəlmişdir.
Təzkirə Azərbaycan ədə biyyatşünaslığının ən uzunömürlü, həm də kütləvi şəkillərindən biri dir. Onun Şərafəddin Rami, Sadiq bay Sadiqi, Əhdi Bağdadi, Sam Mirza, Lütfoli bay Azər kimi müəllifləri təkcə Azərbaycanda yox, Orta wo Yaxın Şərqdə də məşhur olmuşlar". Sonralar Firudin bəy Köçərli dəbiyyat tarixi yaratmağın elmi məktəbini, ənənəsini yaratmışdır. Bi zim günlərimizdə H.Araslı, Mir Cəlal, M.Rafili, Cəfər Xəndan, Əh mod Coforoğlu, F.Qasımzadə, M.H.Təhmasib, M.Quluzadə, K.Tahibzadə, Ə.Mirəhmədov, K.Məmmədov, P.Xəlilov və başqaları bu an'anǝni daha da dərinləşdirmişlər.]
ƏDƏBİ TƏNQİD
Müəyyən mə'nada ədəbiyyat tarixinin vəzifəsi və üsulları adabi tanqidə yaxındır. Ədəbiyyat tarixi ədəbi tənqidin təcrübəsini, an'ənə və ümumiləşdirmələrini "dərinləşdirir və təshih edir, ədəbi-tarixi hadisalari toplayır, öyrənir, nizama salır, qiymətləndirir) Ədəbiyyat ta rixçisi ədəbiyyatın inkişafını xalqın və ölkənin ictimai-tarixi inkişafı ila, ədəbi inkişafı to'yin edən ictimai münasibətlərlə əlaqədar bir şəkil də öyrənir, ayrı-ayrı yazıçılara və onların əsərlərinə tarixi görüşlərlə qiymat verir: tanqidçi isə hazırkı şəraitə əsaslanır. Ədəbi əsərin kon kret badii ideya təhlilini zamanın ədəbi mübarizələri ilə bağlayır. Ədǝ bi mübarizada tanqid kəskin bir silah olduğu kimi, ədəbiyyat tarixi də böyük ictimai əhəmiyyətə malikdir. Hər ikisi ədəbi hadisələri düzgün anlamağa və müasir ədəbiyyatı düzgün yollarla inkişaf etdirməyə çalışır
Dünya xalqlarının nə şifahi, nə yazılı ədəbiyyatı, nə də ədəbi tǝn qidi eyni vaxtda yaranmamışdır. Çində, Hindistanda, Yunanıstanda,
XIX əsrin ortalarına, M.F.Axundova qadar Azarbaycanda sistem. li, adabı mühitlə vəhdətləşan, onu tamamlayan ədəbi tanqid olmamış. dir. Ancaq XI əsrdə Xətib Təbrizi ("Şərh divan al Homas", "Əl-Kafi fil-oruz vǝ-l qavali", "Şərh divan Əbu Tomai"), Yusif Xoylu ("Tanvir"), XIII asrda Nəsrəddin Tusi ("Mizanul-aş'ar", Əsasül iqtibas"), Mo. hammad Ovfi ("Lübabül-Əlbab"), XIV asrda Əssar Tobrizi ("el vali fi te'dadil-qovafi") və Şərafəddin Həsən Rami Təbrizi ("Haqadiqul. hadaiq" və "Ənisul-üşşaq"), XV əsrdə isə Vahid Təbrizi ("Risaleyi Cami müxtəsər") va Mahammad Rafi Dost Mahamməd oğlu ("Ma rabül-atsa") bədii əsərlərə şərh yazmış, incasanatin mahiyyatı, məqsəd va vəzifəsi haqqında fikirlər söyləmiş. adabi-tanqidi yaradıcılıqla məşğul olmağın an'anasini yaratmışlar. Buna görə də Azərbaycan "Tanqidi fikrinin ilk janrı X-XI asrlarda "badii əsərlərin məzmununu açan sarhlar şəklində meydana çıxmışdır. Şərh bir janr kimi tanqidi biblioqrafiyaya yaxın olmuş ve yazıçı ilə oxucu arasında anlaşma, ala q yaratmaq məqsədini işləmişdir.
ədəbiyyat nəzəriyyəsi
Ədəbi-estetik fikir, sənət nəzəriyyəsi həmişə inkişaf, təkamül keçirmişdir. Qədim yunan, roma, slavyan və türkdilli xalqların ədəbiyyatında ədəbi növlər və janrlar, təsvir və ifadə vasitələri, bədii dərkin üsulları, obrazın daxili ifadəsi zaman keçdikcə zənginləşmiş, təzə işlək formalar yaranmışdır. Emil Verxranın ilk dəfə istifadə etdiyi sərbəst vəzn XX əsrin əvvəllərindən yayılmış, sonralar kütləviləşmişdir. Bütün dövrlərdə ədəbi janrlar bədii əsərlərin məzmun materialı ilə şərtlənmiş forma məzmundan törəmişdir. Amma Esxil, Sofokl, Evripid və Pindaradn firdovsi və nizamiyə, füzuli və şekspirə qədər söz ustaları ədəbi cərəyanlar olmadan yazıb-yaratmışlar.



  1. Ədəbiyyat cərəyanı anlayışı

Cərəyan- axınların invariantıdır.axınlar- dünyanı tipoloji bədii konsepsiyalarının variantlarıdır.Bədii cərəyan- gerçəkləşmiş bədii metoddur. Dünya haqqında bədii konsepsiyanın tipologiyasında əksini tapan obrazlı təfəkkür üsuludur.
Əziz Mirəhmədov ədəbi cərəyani öz ideologiyası həyatı anlaması, başlıca hadisələrə münasibəti və bədiisənətkarlıq baxımından bir-birinə yaxın olan yazıçıların yaradıcılıq birliyi hesab edir.
Mir Cəlal- məfkurə istiqamətinə, dünyagörüşünə, estetik meyarına və metoduna görəeyni mövqedə dayanan, eyni cəbhədən çıxış edən yazıçıların fəaliyyəti, onların yaradıcılığı ədəbiyyatın inkişafında cərəyan əmələ gətirir
Ümumiləşdirsək deyə bilərik ki,ədəbi cərəyanlar tarixin müəyyən inkişaf mərhələsində əqidəcə, ideyaca, məsləkcə, ədəbi metod etibarilə bir-birinə yaxın sənətkarların birliyi nəticəsində yaranır.
Bu sənətkarların ideoloji mövqelərində, dünyagörüşlərindəki estetik meyarlarında yaradıcılıq metodlarındakı həyatı nə şəkildə əks etdirmək prinsiplərindəki ümumi cəhətlər onları bir-birinə daha da yaxınlaşdırı və bunun da əsasında hər hansı bir ədəbi cərəyan yaranır.

  1. Sürrealizm cərəyanı

XX əsrin bədii mədəniyyətində avanqard cərəyan. Ötən əsrin 20-ci illərində Fransada təşəkkül tapmışdır. Yazıçılardan G.Appoliner («sürrealizm» terminini ilk dəfə o, işlətmişdir), L.Araqon, P.Elüar, R.Desnos və başqaları bu cərəyanın baniləri hesab olunurlar.
Sürrealistlər instinktləri, xəstə əhvali-ruhiyyəni, sayıqlama, dəhşətli qarabasma və eybəcər röyaları bədii yaradıcılığın başlıca mənbəyi və estetik prinsipi sayırdılar. Sürrealizmin banilərindən birinin fikrincə «ruhi xəstələr əsil sürrealistlərdir». Sürrealistlər dünyaya qarma-qarışıq hadisələr meydanı kimi baxır, hadisələr arasındakı məntiqi bağlılığı subyektiv assosiasiyalarla əvəz edirdilər. XX əsrin 30-cu illərində ədəbiyyatda sürrealizm tənəzzülə uğramış, L.Araqon, P.Elüar ondan uzaqlaşmışdılar. 1940-cı ildə sürrealizmin mərkəzi ABŞ olmuş, A.Breton, M.Düşan, S.Dali, İ.Tanki və b. sürrealistlər buraya köçmüşdülər.

  1. Ədəbiyyatşünaslıqda bioqrafik metod

Ədəbi və bədii yaradıcılığın allahlardan ilham almış seçmə şəxslərlə bağlılığı ideyası ədəbiyyat nəzəriyyəsinin tarixində qədimlərdən mövcuddur. Bu konsepsiya dini ədəbiyyatşünaslıqdan gəlir və ədəbi istedadın ilahi mənşəyini ilk sıraya çəkir. Bioqrafik məktəb təxminən eyni konsepsiyanın materialist variantı idi. Burada istedadın qeyri-adiliyi ideyası qalır,
onun ilahi xüsusiyyətləri və mənşəyi isə aradan çıxırdı. Bioqrafik məktəbin yarandığı XIX əsrin ortalarında Qərbi Avropada və Fransada müəllif
ədəbi yaradıcılığı kütləvi xarakter almış və bədii kitab çapı biznesin
sahələrindən birinə çevrilmişdi.
XX əsrdə fransız yazıçısı Andre Morua yazıcıların bioqrafiyasını
dəqiq faktlar əsasında yazmaqla qədim bioqrafiya janrının yeni roman
formasını yaratdı. Bu məşhur yazıcıların bioqrafiyasını faktiki cəhətdən
sənədli, təhkiyə cəhətdən isə bədii şəkildə təqdim edən romanlar idi. Onun
Balzak, Hüqo, Jorj Sand, Düma, Flober və b. haqqında yazdığı bioqrafiyalar bədii roman kimi oxunub bütün dünyaya yayıldı. Hazırda məşhur
siyasət və sənət adamlarının, pop-ulduzların bioqrafiyası televiziya və radionun əsas janrlarından birinə çevrilib. Əyani materiallardan, sənədli
çəkilişlərdən istifadə ilə belə tele-bioqrafiyalar böyük maraqla baxılır və
həm də ciddi idraki və informativ əhəmiyyət kəsb edir. Azərbaycanda
yazıcıların həyatından bəhs edən bioqrafik roman janrının yaradıcısı Əzizə
Cəfərzadə idi. O, Seyid Əzim Şirvani, Abbas Səhhət, Ələkbər Sabir və b.
haqda silsilə romanlar yazmışdır.
Bioqrafik ədəbiyyatşünaslıq ilk dəfə olaraq ədəbi yaradıcılığı və
yaradıcılıq psixologiyası elmini əlaqələndirərək ədəbiyyatın təhlilinə yönəldirdi. Bu metodun əsas uğuru idi. Yazıçının məişəti üzərində müşahidə
aparmaq metodu şübhəsiz ki, dövrün hakim elmi məktəbi olan darvinizmin təsiri idi. Ədəbi təhlildə psixoloji müşahidə metodlarından istifadə bir
qədər sonra özünü müstəqil ədəbi təhlil məktəbi kimi – psixoloji məktəb
kimi təqdim etdi.

  1. Bədii əsərin məzmun və forma bütövlüyü

  2. Romantizm cərəyanı

Romantizm (fr.romantisme) XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Avropa və Amerika mədəniyyətində ideya-bədii cərəyan. Romantizm ədəbi-estetik anlayış kimi Almaniyada «Yena məktəbi» nümayəndələrinin (Şlegel qardaşları, F.Novalis, L.Tik, V.Vakkenroder) fəaliyyəti (1798-1802) sayəsində yayılmağa başlamışdır. Romantizmin estetik əsasını «bədii ideallaşdırma» prinsipi, müstəsna şəraitdə müstəsna xarakterlərin yaradılması, həyatın olduğu kimi kimi deyil, «olmalı olduğu kimi» təsviri təşkil edir.
Puşkin, M.Y.Lermontov, A.Hofman, C.Q,Bayron, P.B.Şelli, C.Kits, V.Hüqo,F.R.Şatobrian, A.Vinyi, C.Leopardi, A.Mandzoni, Ş.Petöfi, K.Maxi, M.Eminesku, T.Şevçenko, Azərbaycan ədəbiyyatında isə H.Cavid, M.Hadi, A.Səhhət və b. romantizmin ən görkəmli nümayəndələri hesab olunurlar

  1. Sentimentalizm cərəyanı

Bu cərəyan sənətin demokratik inkişafı üçün yeni addım idi. Lüğəvi mənasına görə hiss anlamına gəlir, bu cərəyanda emosioanl, hiss və həyəcan doğuran lövhələr təsvir edilir. Bu cərəyan yazıçılarının əsas qəhrəmanları sadə inssanlar idi, bu da onu klassizmdən fərqləndirən əsas əlamətlərdəndir.
Insanların həyəcan və iztirablarının, onların mənəvi, intim həyatlarını bədii söz və obrazlarla təsviri sentimentalizmin aparıcı xüsusiyyətlərindəndir. Bu əsərlərin qəhrəmanları kövrək, həssas, duyu7mlu, emosional adamlardır. .
Bu cərəyan zamanın tələbi ilə yaranmışdır. 18 əsrdə ingilis yazıçılar- tomsonŞ yunq və qreyin əsərlərində özünü göstərən bu əhval-ruhiyyə digər yazıçılara da təsir etdi. Bu cərəyanın formalaşmasında ingilis yazıçı Sternin böyük rolu var. Gillertin, lessinqin, didronun, russonun vəşb yazarların əsərlərində sentimentalizm zirvəyə qalxdı.
Azərbaycan əsəbiyyatında cərəyan kimi formalaşmasa da divanbəyoğlunun can yanğısı abdulla şaiqin vicdan və əzab cabbarlının solğun çiçəklər əsərlərində sentimentalizm duyulur

  1. Bədii ifadə və təsvir vasitələri

  2. Heca vəzni

ədəbiyyatımnızda 2, 3,4 hecalı şerlər yazılır. Heca vəznində misraların həcmi, hecaların sayı ölçülüdür. Bunsuz bu vəzndəki şeirin təsiri, bədiliyi ümumiyyətlə heca vəzni mümkünsüzdür. Xalq şeirində aşıq qoşma gəraylı və təcnislərdə vidadi dövrü heca vəznli poeziyasında ahəng, poetik avazın müxtəlifliyi ölçü ilə yaradfılmışdır.
Türkdilli şeirlərdə daxili ahəng bölgü dilin qanunları hesabına yaranır. Dil əsərə onun ahənginə təsir edir. Lakin azhecalı şeirlərdəbölgü zəif olur.
Axşam=axşam
gün batanda
çarpayıda mən yatanda
azərbaycan ədəbiyyatında heca vəznli şeirin 16 şəkli var. Bu şerin daxili bölgüləri zəngin və əlvandır. Ona görə ki şerdə bölgü ritmdir,fikrin obrazlı və dolğun ifadəsidir.
Türkdilli ədəbiyyt=atda hecanın daha çox 7,8,11lik ölçülərindən istifadə olunub.

  1. Bədii əsərin mövzusu

  2. Bədii obrazın tipoloji təsnifatı

  3. Təşbeh və epitet

  4. İntibah ədəbiyyatı və humanizm

  5. Əruz vəzni

əruz vəzniu çox yayılan işəkliyi və ifadəliliyi ilə fərqlənən ölçüdür. Islamiyyətdən əvvəl ərəb folklorunun nümunələri- mənzum həmasələr, müharibələr zamanı söylənən rəcəzlər və məzmunu xalq məişətindən alınan şerlər bu vəznlə yazılırdı. Bədahətən şeir deyəndə ərəblər əruzdan istifadə ediridilər. buna baxmayaraq əruzun mənşəyini yunan hindistan və iranın sasanilər dövrü mədəniyyəti ilə bağlayanlar da var. əslində isə əruzun banisi 8 əsr ərəb filoloqu musiqişünası fərahidi olub
Əruzda misralar ölçü bərabərliyi hərəkəli və hərəkəsiz səslərlə müəyyən olunur. Fars və türk dillərində əlif vav əruzda hərəkətsiz hərflərdir. Müəyyən ölçü ilə yazılan şeir misralarının hərəkəli və hərəkəsiz hərfləri arasında daxili səsləşmə və bağlılıq olur. Bu əruzu digərlərindən fərqləndirir.
əruz iki yerə bölünür- əsli vəznlər və qeyri-əsli vəznlər. əsli vəznlər əsl vəznlərdən, qeyri-əsli vəznlər düzəltmə vəznlərdən əmələ gəlir. Işlənməyən bəhrlər işlənən bəhrlərdən çox 26-dır. Işlənən bəhrlər is 1-19.

  1. Arxetiplər nəzəriyyəsi

  2. Metafora və metonimiya

  3. Sosioloji ədəbiyyatşünaslıq

  4. Arxitektonika və kompozisiya anlayışları.

  5. Realizm cərəyanı

Həyat həqiqətinin bədii yaradıcılığın bu və ya digər növünə məxsus spesifik təsvir vasitələrilə əks etdirilməsi. Ədəbi termin kimi XIX əsrin 50-ci illərindən fransız ədəbiyyatının «realist məktəb» adlanan cərəyan nümayəndələrinin fəaliyyəti sayəsində yayılmağa başlamışdır.
Adətən realizmə XIX əsrdə romnatizmi əvəz etmiş, naturalizmə, müxtəlif modernist cərəyanlara qarşı yönəlmiş bir cərəyan kimi baxılır. Yaradıcılıq tipləri kimi realizm və romantizm bədii-estetik cəhətdən bir-birinə qarşı durmur, vahid tamın iki cəhətini təşkil edirlər; bədii həqiqət həyat həqiqəti ilə estetik idealın vəhdətində təzahür etdiyindən, adətən, romantik əsərlərdə realist, realist əsərlərdə isə romantik ünsürlər özünü göstərir.
Dünya ədəbiyyatında O.Balzak, Q.Flober, G.Mopassan, Ç.Dikkens, M.Y.Dostoyevski, L.Araqon, P.Nerudanın, Azərbaycan ədəbiyyatında isə M.F.Axundov, M.Ə.Sabir və C.Məmmədquluzadənin əsərləri realist ədəbiyyatın. parlaq nümunələridir.

  1. Kompozisiya elementləri və komponentləri.

kompozisiya fərdi yaradıcılıqdır, bədii əsərin zəruri daxili obrazlı tələbidir; əsərin bütün hissa və bölmələrinin müəyyən bir sistemdə ardıcıllıqla yerləşdirilməsi, quruluş və tərtibidir, məzmun-qayǝnı açmaq yazıçının həyata, təbiǝt və cəmiyyətə münasibətini ifadə etmək, obrazları bir vəhdətdə birləşdirmək üsuludur. Kompozisiya formanın ünsürlərindəndir, qüvvətli və zəruri bədii vasitələrdəndir. Bədii əsəri necə qurmaq, hadisələrin axarını hansı istiqamətlərə salmaq, onlan harada çoxaltmaq, harada azaltmaq, ric'ətləri, detal, mənzərə və lövhələri necə yerləşdirmək, hissələr, bölmələr və fəsillər arasında bədii məntiqi əlaqələr yaratmaq kompozisiyada müəyyənləşir: eyni zamanda, burada meyllər, münasibət və ziddiyyətlər. düşüncələr, arzular, hərəkət və sosial əlaqələr duyulur və aydınlaşır. Kompozisiyada şərt ahəngdarlıq, yığcamliq va lakoniklikdir hadisələrin bütövlüyü və bit birini tamamlamasıdır; əhvalatların bir mərkəzdə cəmləşməsi, fikrin hərtərəfli açılması, münasibət və əhvali-ruhiyyələrin real göstərilməsidir Kompozisiyanın dağınıqlıq va sistemsizliyi inikasın aydınlığını, təsvirin dinamikliyini zəiflədir, təsiri və tərbiyəvi əhəmiyyəti azaldır,
Bir sənət əsərinin kompozisiyası-
Tərkibi- bu, bədii əsərin bütün elementlərinin və hissələrinin müəllifin niyyətinə uyğun qurulmasıdır (müəyyən nisbətdə, ardıcıllıqla; personajların obrazlı sistemi, məkan və zaman, süjetdəki hadisələr silsiləsi kompozisiya baxımından formalaşır) .
Ədəbi əsərin kompozisiya-süjet hissələri
Proloq- süjetin, əvvəlki hadisələrin yaranmasına səbəb olan şey (bütün əsərlərdə deyil).
ekspozisiya- orijinal məkanın, zamanın, qəhrəmanların təyin edilməsi.
qalustuk- Süjetin inkişafını verən hadisələr.
Fəaliyyətin inkişafı- süjetin əvvəldən kulminasiya nöqtəsinə qədər inkişafı.
kulminasiya nöqtəsi- süjet hərəkətinin ən yüksək gərginlik anı, bundan sonra o, tənbehə keçir.
denoument- ziddiyyətlər həll edildikdə və ya aradan qaldırıldıqda, müəyyən bir münaqişə istiqamətində fəaliyyətin dayandırılması.
Epiloq- sonrakı hadisələrin "anonsu", yekunlaşdırılması.
Kompozit elementlər-
Kompozisiya elementlərinə epiqraflar, ithaflar, proloqlar, epiloqlar, hissələr, fəsillər, aktlar, hadisələr, səhnələr, ön sözlər və "naşirlərin" sonrakı sözləri (müəllifin təxəyyülü ilə yaradılmış süjetdən kənar obrazlar), dialoqlar, monoloqlar, epizodlar, insert hekayələri və epizodları daxildir. , məktublar, mahnılar (Qonçarovun "Oblomov" romanında Oblomovun yuxusu, Puşkinin "Yevgeni Onegin" romanında Tatyana'nın Oneginə və Oneginin Tatyana'ya məktubları); bütün bədii təsvirlər (portretlər, mənzərələr, interyerlər).

  1. Ekspresionizm v’ impresionizm

İmressionizm- XIX əsrin 60-70-ci illərində Fransada təşəkkül tapmış incəsənət cərəyanı. Ədəbiyyatda impressionizm geniş mənada XIX əsrin son rübündə yaranmış, müxtəlif əqidə və yaradıcılıq metoduna malik yazıçıları birləşdirən üslub, məhdud mənada isə XIX əsrin sonu XX əsrin əvvəllərində dekadentliyə meyl göstərən cərəyandır. Dəqiq düşünülmüş formanın olmaması, ani təəssüratların ötəri, lakin daxili vəhdət və əlaqədə verilməsi impressionist üslubun səciyyəvi cəhətləridir. Təhkiyənin ilk təəssürat, təsadüfi detallar üzərində qurulmasına baxmayaraq, o, özünün «dolayı» həqiqəti ilə bu və ya digər hekayətə qeyri-adi parlaqlıq verir. 
Cərəyanın K.Hamsun, M.Prust, O.Uayld, G.Bar kimi görkəmli nümayəndələri var. Ədəbiyyatda imressionizm metodu XX əsrin ortalarında aradan çıxmışdır.
Ekspressionizm- XX əsrin əvvəllərində Avropa ədəbiyyatı və incəsənətində bədii cərəyan. Xırda burjua təbəqələrinin insan həyatını və onun mənəvi aləmini eybəcərləşdirən ictimai ədalətsizliyə, müharibəyə qarşı anarxist-fərdiyyətçietirazının ifadəsi kimi meydana gəlmiş, Birinci Dünya müharibəsindən sonra Almaniya və Avstriyada xüsusilə geniş yayılmışdı.
Subyektiv idealizmə əsaslanan ekspressionizm nümayəndələri sənətkarın fərdi aləminin ifadəsini obyektiv varlığın real təsvirinə qarşı qoyurdular. Bu isə xarici aləmin, obrazların təhrif olunmasına, bədii forma eybəcərliyinə gətirib çıxarırdı.
Poeziyada ekspressionizm (İ.Bexer, F.Varfel) mücərrəd obrazlar, sözlərin bəzən mənaca mahiyyətini itirməsi, dilin ifadəliliyinə həddindən artıqaludəçiliklə xarakterizə olunur. Nəsrdə (məs. F.Kafkanın roman və hekayələri) əsasən ağlasığmaz təsvirlər, məntiqi əlaqəsi olmayan, yuxunu xatırladan hadisələrin təsviri əsas yer tutur.
Cərəyan məşhur dramaturqlar V.Hazenklever, G.Kayzer, K.Şternheym, E.Toller və b.-nın yaradıcılığına böyük təsir göstərmişdir.

  1. Naturalizm cərəyanı

XIX əsrin 2-ci yarısında Avropa və ABŞ ədəbiyyatında formalaşmış cərəyan. Naturalizmin estetikası təbiətşünaslığa, başlıca olaraq, fiziologiyaya əsaslanırdı. İtaliyadakı verizm cərəyanı da naturalizmə yaxın cərəyanlardandır.
Naturalizm XIX əsrin 60-cı illərində Fransada yaranmış, 70-80-ci illərdə başqa ölkələrdə də geniş yayılmışdı. Onun ilk əlamətləri Q.Flober, xüsusilə Qonkur qardaşlarının yaradıcılığında əksini tapmışdır. Lakin naturalizmin formalaşması onun nəzəriyyəsini işləyib hazırlamış Emil Zolyanın adı ilə bağlıdır. G.Mopassan, H.Hauptman, F.Norris, A.Strindberq, H.İbsen, K.Hamsun və başqalarının yaradıcılığına ciddi təsir göstərmişdir.

  1. Poststrukturalizm və dekonstruksiya

  2. Cəmiyyəti və ictimai mühiti əsas götürən ədəbiyyatşünaslıq cərəyanları

  3. Ədəbiyyat məzmun, struktur, dil və üslubun bütövlüyü kimi.

  4. Mətnlərarası münasibətlər (intertekstuallıq).

  5. Obrazlılıq – incəsənətin xüsusi dili kimi.

  6. Modern-avanqard cərəyanlar

  7. İncəsənətdə - ədəbiyyatda gerçəkliyin bədii əksinin prinsip və meyarları.

  8. Sərbəst vəzn

ən qədim zamanlardan nəzm nümunələrində müxtəlif saylı hecalardan istifadə səciyyəvi əlamətlərdən idi. Yunan və romalılar bundan çox istifadə edir onu algey beyti adlandırıdılar. Bu beytdə misranın biri 8 digəri 9 başqası 10 ya da 12 heca olurdu.
Nə ərəb nə fars nə də türkdilli xalqların ədəbiyyatında bu beyt yayılmamışdır. Ancaq az ədəbiyyatının şifahi və yazılı ədəbiyyatında arabir bu beytə rast gəlinir
Uca-uca dağlar başı
Çənli də olur çənsiz də olur
Cəhd elə bir işdə tapıl
Sənli də olur sənsiz də olur
Ümumiyyətlə, Avorpada sərbəst vəznə geniş maraq XIX əsrin sonu, XX əsrin əvvəllərindən başladığına görə, bir müddət sonra Azərbaycan sənətkarlarından S.Vurğun, R.Rza, M.Müşfiq və Ə.B.Fövzi bu vəzndən olduqca məharətlə istifadə etmiş, sonra isə bu ənənəni O.Sarıvəlli, Ə.Kərim, İ.İsmayılzadə, F.Qoca, F.Sadıq, Ə.Salahzadə, A.Abdullazadə, V.Səmədoğlu və b. davam etdirmişdir.
sərbəst vəzn misraları necə gəldi qafiyələndirmək, daha doğrusu, qafiyəsiz düzmək, qırmaq, səpələmək demək deyil. Sərbəstlik vəznin poetik imkanlarına yaradıcı şəkildə, sənətkarlıqla yanaşmağı tələb edir. Sərbəst vəznin özünün ahəngi, ritmi, tempi, harmoniyası vardır. Sərbəst şeirdə hər misra, hər söz, hər bədii sual və nida, hətta bağlayıcı təzə fikrə keçiddir. Sərbəst şeirdə hər sözün bədii təsiri vardır. Sərbəst vəzn məzmunun hərtərəfli açılması üçün geniş imkanlar yaradan, onu dərindən mənalandırmağa imkan verən bir vəzndir.
Sərbəst vəzndə yazılan şeirlər heca vəzninin bölgü ahənginə, qafiyə quruluşunun isə çarpaz şəkildə qafiyələnməsinə uyğun gəlir. Sərbəst vəznlə yazılan şeirləri oxuyarkən ahəngin yaranmasını təmin edən cəhətləri nəzərə almaq lazımdır.

  1. Təhkiyə və zaman

  2. Bədii obrazın tipoloji təsnifatı.

  3. Ədəbiyyatda üslub müxtəlifliyi

  4. Postmodernizm cərəyanı



XX əsrin sonlarında ədəbiyyatda inkarı inkar nəticəsində yaranmış cərəyan. Bir vaxtlar modernizm klassik, akademik ədəbiyyatı inkar edib yeni bədii formalar yaratdığı kimi postmodernizm (almanca «moderndən sonra gələn») də modernizmi inkar edərək ədəbiyyatda xaos, elementlər müxtəlifliyi yaradır. Postmodernist amerika yazıçısı Con Bartın fikrincə, postmodernizm- keçmişin mədəniyyətindən şirə çəkən bədii təcrübədir. Postmodernizm nəzəriyyəsi məşhur filosof Jak Derridanın fəlsəfi konsepsiyası əsasında yaranıb. Onun fəlsəfəsinə görə «dünya-mətndir», «mətn-reallığın yeganə mümkün modelidir». Poststrukturalizmin nəzəri əsaslarının hazırlanmasına filosof-kulturoloq Mişel Fukonun da böyük rolu olmuşdur. C.Bart, T.Pinçon, C.P.Danlivi, D.Bartel («Qara yumor məktəbi»nin nümayəndələri), D.Delillo, U.Eko, U.Gibson,C.Barns, İ.Kalvino və b. postmodernizmin görkəmli nümayəndələri hesab olunurlar.
Yüklə 56,54 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin