ƏDƏdi tipli veriləNLƏr və onlar üZƏrində ƏMƏLLƏR. MƏNtiqi tipli veriləNLƏR ƏDƏdi tipli funksiyalar



Yüklə 128,77 Kb.
səhifə3/5
tarix27.11.2022
ölçüsü128,77 Kb.
#70799
1   2   3   4   5
2.ƏDƏDI TIPLI VERILƏNLƏR VƏ ONLAR ÜZƏRINDƏ ƏMƏLLƏR

round funksiyası. Verilmiş ədədi göstərilən dəqiqliklə yuvarlaqlaşdırır.
>>> round(5.365)
5.0
>>> round(5.365,0)
5.0
>>> round(5.365,1)
5.4
>>> round(5.365,2)
5.37
>>> round(5.365,-1)
10.0
>>> round(5.365,-2)
0.0
>>>


sum funksiyası. Sadalanan ədədləri toplayır.

>>> a=3,5,7


>>> sum(a)
15
>>> sum(a,9)
24
bin, oct və hex funksiyaları. 10-luq say sistemində verilmiş ədədi müvafiq olaraq 2-lik, 8-lik və 16-lıq say sisteminə keçirir. Tərsinə əməliyyat isə int funksiyasının köməyilə yerinə yetirilir.
>>> bin(1)
'0b1'
>>> bin(10)
'0b1010'
>>> int('0b1010',2)
10
>>> bin(50)
'0b110010'
>>> int('0b110010',2)
50
>>>
>>> oct(2)
'0o2'
>>> oct(45)
'0o55'
>>>
>>> hex(4)
'0x4'
>>> hex(20)
'0x14'

Pythonda məntiqi tipli verilənlər isə yalnız iki qiymət alır: True (doğru) və False (yalan). Məsələ ondadır ki, çox vaxt biz real həyatda elə hökmlərlə rastlaşırıq ki, biz onu ya təsdiq, ya da inkar edirik. Məsələn, əgər bizə desələr ki, 3 və 5 ədədlərinin cəmi 7-dən böyükdür, onda biz razılaşacağıq və deyəcəyik: “Bəli, bu doğrudur”. Əksinə, əgər desələr ki, 3 və 5 ədədlərinin cəmi 7-dən kiçikdir, onda biz razılaşmayacağıq və deyəcəyik ki, “Xeyr, bu yalandır”. Proqramlaşdırmada və riyaziyyatda ifadənin qiymətinin hesablanması nəticəsində yalnız “doğru” və ya “yalan” qiymətlər alınırsa, belə ifadələr məntiqi ifadələr adlandırılır. Bu nöqteyi nəzərdən məntiqi tip verilənlərin ayrıca tipi kimi bool tipi götürülür və onu bəzən bul tipi də adlandırırlar. Proqramlaşdırmada çox zaman True qiymətini 1, False qiymətini isə 0 ilə eyniləşdirirlər.


>>> int(True)
1
>>> int(False)
0
bool () funksiyası. Bu funksiya arqumenti istənilən 0-dan fərqli ədəd, boş olmayan sətir və ya True olduqda True, 0, boş sətir və ya False olduqda isə False qiymətini alır.
>>> bool('')
False
>>> bool(' ')
True
>>> bool(1)
True
>>> bool(0)
False
>>> bool(12)
True
>>> bool('Python')
True
>>>

Pythonda aşağıdakı məntiqi operatorlar vardır.



  1. > Böyükdür

  2. < Kiçikdir

  3. >= Böyük və ya bərabərdir

  4. <= Kiçik və ya bərabərdir

  5. == Bərabərdir

  6. != Bərabər deyil

>>> a = 10
>>> b = 5
>>> a + b > 14
True
>>> a < 14 - b
False
>>> a <= b + 5
True
>>> a != b
True
>>> a == b
False
>>> c = a == b
>>> a, b, c
(10, 5, False)
Sonuncu c=a==b operatoru daha maraqlıdır. Belə ki, əvvəlcə a==b məntiqi operatorunun köməyilə a və b dəyişənlərinin qiymətləri müqayisə olunur. Nəticə False alınır və bu qiymət c dəyişəninə mənimsədilir.
Bəzən bir neçə şərti eyni zamanda yoxlamaq lazım gəlir. Belə hallarda and (və) və or (və ya) operatorlarından istifadə olunur. And operatorunun istifadəsi zamanı bu operatorun sağındakı və solundakı hər iki sadə məntiqi ifadə doğrudursa, True qiyməti alınır. Qalan hallarda isə False qiyməti alınır.
Or operatorunun istifadəsi zamanı nəticənin True alınması üçün bu operatorun sağındakı və solundakı hər iki sadə məntiq ifadələrdən heç olmazsa biri doğru olmalıdir. False qiyməti hər iki məntiqi ifadə False olduqda alınır.
>>> x = 8
>>> y = 13
>>> y < 15 and x > 9
False
>>> y < 15 and x > 5
True
>>> y < 15 or x > 5
True
>>> y < 10 or x > 9
False

Python proqramlaşdırma dilində daha bir not unar məntiqi operator işlənilir. Bu operator unar ona görə adlanır ki, andor operatorları həm özündən sağda, həm də solda yerləşən ifadələrə tətbiq olunduğu halda, not operatoru yalnız özünudən sağdakı ifadəyə tətbiq olunur. Bu operatoru çox vaxt inkar operatoru da adlandırırlar. Belə ki, bu operator doğrunu yalana, yalanı isə doğruya çevirir.


>>> a = 5


>>> b = 0
>>> not a
False
>>> not b
True

>>>’5’< ’a’ # ədəd həmişə simvoldan “əvvəl gəlir”


True
>>>’5’>=’A’
False
>>> f = "aaa"
>>> m = "xxx"
>>> c = f > m # a hərfi x hərfindən əvvəl gəldiyi üçün f>>> c
False
>>>
>>> f = "abd"
>>> m = "aba"
>>> c = f > m # d hərfi a hərfindən sonra gəldiyi üçün d>a
>>> c
True



Yüklə 128,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin