Əhalinin və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi üzrə tədbirlər


Sülh dövründəki fövqəladə rejimdə idarəetmənin ümumi strukturu



Yüklə 34,74 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü34,74 Kb.
#40640
1   2   3   4   5
FÖVQƏLADƏ HALLARDA İDARƏETMƏNİN TƏŞKİLİ 1

Sülh dövründəki fövqəladə rejimdə idarəetmənin ümumi strukturu

Fövqəladə hallarda əhalinin təhlükəsizliyini təmin etmək, maddi zərəri azaltmaq və belə halların nəticələrinin aradan qaldırılması işlərinin təşkili məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992- ci il 30 aprel tarixli 239 nömrəli qərarı ilə “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi” yaradılmış, onun tərkibini, vəzifələrini, fəaliyyət qaydalarını müəyyən edən Əsasnamə və digər normativ sənədlər təsdiq edilmişdir.

Bu sistem ərazi üzrə respublikanın bütün şəhər, rayon və digər yaşayış məntəqələrini; təsərrüfat sahələri üzrə isə bütün nazirlikləri, dövlət komitələrini, baş idarələri və hər cür iqtisadiyyat obyektlərini əhatə edir.

Sistemin hər bir vəsiləsi üçün rəhbər orqanlar; gündəlik idarəetmə orqanları; ətraf mühitə, təhlükə potensiallı obyektlərə nəzarət və müşahidə edən qüvvə və vasitələr; fövqəladə halların nəticələrini aradan qaldıran qüvvələr; rabitə və Dölət sisteminin (DS) fəaliyyət rejimləri Dövlət sistemi Dövlət sisteminin (DS) fəaliyyət mərhələləri Yüksək hazırlıq Gündəlik fəaliyyət Fövqəladə hal İstehsal sahəsi üzrə Ərazi üzrə xəbərdarlıq sistemi müəyyən edilmiş, lazımi maddi- texniki vəsait ehtiyatları yaradılmişdır.

Sistemin rəhbər orqanları bunlardır:

- bütün respublika üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi(FHN)- rəhbəri FHN-nin naziri;

- muxtar respublika üzrə: Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin fövqəladə hallar Komissiyası rəhbəri Naxçıvan MR baş Nazirinin müavini olmaqla;

- şəhər və rayonlar üzrə: rayon (şəhər) icra hakimiyyəti orqanlarının fövqəladə hallar komissiyası (RFHK)- rəhbəri icra hakimiyyəti başçısının birinci müavini olmaqla;

- təsərrüfat obyektlərində: obyekt fövqəladə hallar komissiyası (OFHK)- rəhbəri obyektin baş mühəndisi olmaqla (bu komissiyalar onlara ehtiyac və madditexniki baza olduqda yaradılır);

- Nazirliklərdə (dövlət komitələrində, baş idarələrdə): sahə fövqəladə hallar komissiyası (SFHK)- rəhbəri nazirin (komitə sədrinin) müavini olmaqla.

Sistemin gündəlik idarəetmə orqanları isə bütün səviyyədən olan ərazi fövqəladə hallar komissiyalarının növbətçi xidmətləri;

- nazirliklərin (dövlət komitələrinin, baş idarələri), təhlükə potensiallı təsərrüfat obyektlərinin növbətçi- dispetçer xidmətləri və bütün səviyyələrdən olan mülki müdafiə qərargahlarından ibarətdir.

Müxtəlif səviyyəli fövqəladə komissiyaların vəzifələri ancaq miqyasca fərqlənir. Öz səviyyələrində və səlahiyyət dairələrində bu komissiyaların əsas vəzifələri bunlardır:

- ətraf mühitə və təhlükə potensiallı obyektlərə daimi müşahidə və nəzarəti təşkil etmək;

- belə hallarda yarana biləcək vəziyyəti proqnozlaşdırmaq və qiymətləndirmək;

- fövqəladə halların qarşısını almaq və nəticələrini zəiflətmək məqsədilə profilaktiki tədbirləri görmək, xilasetmə işləri aparmaq üçün qüvvələr hazırlamaq, zərər çəkmiş əhaliyə yardım üçün lazımi maddi – texniki vəsait ehtiyatları yaratmaq;

- fövqəladə hallar barədə xəbər və məlumatların bütün əhaliyə (təşkilatlara, fəhlə və qulluqçulara) vaxtında çatdırılmasını təmin etmək;

- fövqəladə halların aradan qaldırılması işlərini təşkil etmək və ona rəhbərlik etmək.

Qeyd etmək lazımdır ki, fövqəladə komissiyalar daimi fəaliyyət göstərən komissiyalardır. Onlar həmişə hazır olmalı, lazım gəldikdə dərhal fəaliyyəti təşkil etməlidirlər.




  1. Yüklə 34,74 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin