Əhalinin və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi üzrə tədbirlər


İdarəetmə məntəqələrinin tərkibi, təyinatı və vəzifələri



Yüklə 34,74 Kb.
səhifə5/5
tarix02.01.2022
ölçüsü34,74 Kb.
#40640
1   2   3   4   5
FÖVQƏLADƏ HALLARDA İDARƏETMƏNİN TƏŞKİLİ 1

İdarəetmə məntəqələrinin tərkibi, təyinatı və vəzifələri

Fövqəladə hadisələr dövrlərində müdafiə tədbirlərinin vaxtında və müvəffəqiyyətlə yerinə yetirilməsinitə'min edən başlıca şərtlərdən biri - Mülki Müdafiə qüvvələrinin düzgün idarə edilməsidir. İdarəetmənin mahiyyəti - MM rohbər və qərargahının özlərinə tabe olan qüvvələrə daim rəhbərlik etməsindən, onlarm fəaliyyətini qarşıda duran vəzifələrin icrasına yönəltməkdən ibarətdir.

Mülki Müdafiənin idarə edilməsi üzrə əsas vəzifələr bunlardır:



  • MM tədbirlərinin və qüvvələrinin fəaliyyətinin əvvəlcədən planlaşdırılması, bu planların vaxtaşırı olaraq dəqiqləşdirilməsi;

  • Fövqəladə hadisələr baş verərkən yaranmış vəziyyət barədə məlumatların fasiləsiz surətdə toplanması və öyrənilməsi;

  • Fəaliyyət üçün vaxtında qərar qəbul edilməsi və onun icraçılara çatdırılması;

  • İş tapşırıqlarının tabelikdəkilər tərəfindən vaxtında icra edilməsinə nəzarət və onlara lazımi yardım göstərilməsi;

  • Qarşılıqlı fəaliyyətin təşkili və görülməli işlərin hərtərəfli təmin olunması;

  • MM qüvvələrində və qərargahlarında şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığınm saxlanması.

MM idarəetmə fəaliyyətinə qoyulan əsas tələblər:

  1. İdarəetmə qətiyyətli olmalıdır. Bu MM rəhbərlərinin inamla qərar qəbul etmək bacanğından və bu qərarın tabelikdəkilər tərəfindən icrasına qətiyyət və inadla nail olmasından ibarətdir.

  2. İdarəetmə çevik olmalıdır. Bu vəziyyətin dəyişməsinin operativ və çevik surətdə nəzərə alınması deməkdir. MM rəhbəri vəziyyətin, şəraitin dəyişməsi ilə əlaqədar öz qərarını vaxtında dəyişib dəqiqləşdirməyə, yaxud yeni qərar qəbul etməyə, icraçılara əlavə tapşırıqlar verməyə hər an hazır olmalıdır.

  3. İdarəetmə fasiləsiz və dayanıqlı olmalıdır, yəni bu sistem hər cür fövqəladə hallarda tabelikdəki qüvvələrin fəaliyyətinə fasiləsiz rəhbərlik etməyə imkan verməlidir. İdarəetmə prosesinə fasilə yaranması, yaxud onun pozulması, adətən işdə nailiyyətsizliklə nəticələnir.

  4. İdarəetmə prosesində məxfilik rejiminə (xüsusən hərbi dövrdə) ciddi riayət edilməlidir. yəni operativ sənədləri işlətmək, rabitə xətlərindən, vasitələrindən istifadə etməyin rejim və qaydalarına qeyri şərtsiz əməl olunmalıdır.

  5. Nəhayət idarəetmə isinə verilən ən əsas tələblərdən biri" - onun bütün vəsitələrinin - rəhbər heyətinin, idarəetmə orqanlarının digər heyətlərinin, rabitə və xəbərdarlıq vasitələrinin və s. fəaliyyətə daimi hazır saxlanılmasıdır. İdarəetmə sisteminin fəaliyyətə hazırlıq dərəcəsi MM qüvvələrinin hazırlıq dərəcəsindən bir səviyyə yüksək olmalıdır.

İdarəetmə məntəqəsində: Mülki Müdafiə rəisi, onun müavinləri, xidmət rəisləri (baş mütəxəssislər) və MM qərargahının əsas heyəti (qərargah rəisi, onun müavinləri, şöbə, bölmə rəhbərləri) yerləşirlər. Məntəqənin normal işini təmin etmək üçün lazımi hallarda araya xidmətçi heyəti (rabitəçilər, komendant, müdafiə qrupu və s.) verilir, nəqliyyat vasitələri təşkil edilir.

MM rəhbəri tapşırığın icrasını təşkil etmək üçün qərar qəbul edərkən aşağıdaküarımüəyyənləşdirir:

a) Tabeliyindəki qüvvələrinin fəaliyyətinin əsas mahiyyətini (görüləcək işlərin həcmi və icrasının aydınlığı, işə hansı qüvvə və vasitələr cəlb olunacaq. hansı məsələyə xüsusən diqqət yetiriləcək və s.);

b) hər bir dəstənin, bölmənin konkret vəzifələri və onun icra müddətləri;

c) digər qüvvələrlə qarşılıqlı fəaliyyət qaydası;

d) işlərin təchizatı və təminatı üzrə görülməli tədbirlər.



Hərbiləşməmiş MM dəstələrinin rabitə vasitələri (müxtəlif tipli telefon aparatlarından, telefon kabelindən, ultraqısa dalğa radiostansiyalarından və tabel üzrə verilən digər avadanlıqdan ibarətdir.)


Yüklə 34,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin